Icma.az
close
up
RU
Bayram günlərində bölgələrdə istirahət neçəyədir? Ekspert açıqladı

Bayram günlərində bölgələrdə istirahət neçəyədir? Ekspert açıqladı

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Novruz tətilinin yaxınlaşması səbəbilə insanlar artıq bölgələrdə istirahət üçün hazırlaşırlar. Bu ərəfədə regionlarda qiymətlər hansı səviyyədədir? Bayramqabağı bahalaşma müşahidə olunurmu?

Turizm üzrə ekspert Rəhman Quliyev Banco.az-a bildirib ki, hər il olduğu kimi, bu il də Novruz bayramı münasibətilə uzunmüddətli tətil günləri qeyd olunur:

"Bu isə bölgələrə turist axınının daha da artmasına səbəb olur. Nəticədə, bölgələrdə fəaliyyət göstərən otellərdə qiymət artımı qaçılmazdır və bu, əsasən yaranan sıxlıqla bağlıdır.

Bu vəziyyətə təsir edən iki əsas amil var. Birincisi, Yaxın Şərqdə baş verən geosiyasi hadisələr, hərbi gərginlik və müharibələr, eləcə də bəzi ölkələrə uçuşların təxirə salınmasıdır. Bu səbəbdən Azərbaycan vətəndaşlarının Novruz dövründə xaricə səfər etməsində müəyyən çətinliklər yaranır. Nəticədə, ölkə daxilində səyahətə üstünlük verənlərin sayı artır. Digər tərəfdən, hər il ənənəvi olaraq Novruz bayramını bölgələrdə keçirmək istəyən turist kütləsi də bu axına əlavə olunur və ümumi sıxlıq daha da artır.

Qiymətlərə gəldikdə isə, onlar ötən illə müqayisədə nisbətən yüksəkdir. Bunun əsas səbəbi otellərdə daha münasib qiymətli — ekonom və standart otaqların qısa müddətdə satılıb tükənməsi və satışda əsasən daha yüksək kateqoriyalı otaqların qalmasıdır. Bu isə otellərin daxili satış siyasəti ilə bağlıdır və beynəlxalq təcrübəyə tam uyğundur.

Belə ki, otellərdə müxtəlif kateqoriyalara aid otaqlar mövcuddur: ekonom və standart otaqlar daha aşağı qiymətə təklif olunur, suit və superior kimi daha geniş və komfortlu otaqlar isə daha yüksək qiymətə satılır. Bu otaqlarda xidmət səviyyəsi daha yüksək olur - daha geniş sahə, əlavə personal xidməti, işıqlandırma və isitmə kimi amillər əlavə xərclər yaradır. Buna görə də bu kateqoriyalar adətən VIP seqmentə aid edilir və daha bahalı olur".

Ekspert bildiirb ki, regionlara görə qiymətlərdə də fərqlər müşahidə olunur: "Şəki-Qax-Zaqatala-Balakən bölgəsində dördulduzlu otellərdə iki nəfərlik yerləşmə (səhər yeməyi daxil) 80-120 manat arasında dəyişir. Beşulduzlu otellərdə isə bu qiymət 120-200 manat aralığındadır.

Şimal bölgəsində - Quba və Qusarda dördulduzlu otellərdə iki nəfərlik qalma 100-120 manat, beşulduzlu otellərdə isə 150-250 manat arasında dəyişir. Bu fərq əsasən otelin yerləşdiyi məkandan asılıdır.

Qarabağ və Şərqi Zəngəzur istiqamətində, xüsusilə Xankəndi, Şuşa və Laçın bölgələrində turist aktivliyinin daha yüksək olduğu müşahidə edilir. Bu bölgələrdə məsafənin uzun olması və xidmət təminatının daha baha başa gəlməsi səbəbindən otellər əsasən daha lüks xidmətlər təqdim edir və yüksək seqmentdə fəaliyyət göstərir. Buna uyğun olaraq qiymətlər də daha yüksəkdir. Burada dördulduzlu otellərdə qiymətlər təxminən 100-120 manat civarında, beşulduzlu otellərdə isə 250 manata qədər yüksələ bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://banco.az
archiveBu xəbər 17 Mart 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri