Icma.az
close
up
RU
Bayram həftəsi girdi Qurban kəsəcək tanınmışlar

Bayram həftəsi girdi Qurban kəsəcək tanınmışlar

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onların arasında deputatlar da, partiya sədrləri də var

Ramazandan sonra İslam aləmində ikinci böyük dini bayram olan Qurban bayramına sayılı günlər qalır. İyunun 5-6-da müsəlman ölkəsi olan Azərbaycan da əziz bayramı qeyd edəcək. Qurban bayramı təkcə bir dini ənənə deyil, həm də paylaşmaq, yardımlaşmaq və Allahın rizasını qazanmaq üçün mühüm bir vasitədir.

Qurban bayramı İslam peyğəmbəri Həzrət İbrahimin oğlunu - bəzi rəvayətlərdə İsmayılı - Allah yolunda qurban verməyə hazır olması ilə bağlı hadisəyə əsaslanır.

Bayram Həcc ziyarəti ilə də üst-üstə düşür və bu günlərdə Məkkədə minlərlə zəvvar eyni zamanda qurban kəsir. Digər müsəlman ölkələrində isə bu ibadət fərdi şəkildə və ya təşkilatlanmış formada həyata keçirilir. Şəriətə görə qurban kəsmək müəyyən şərtləri daşıyan şəxslər üçün vacib sayılır. Bu şərtlərə büluğ yaşına çatmış (yəni yetkinlik yaşında), ağıllı (ruhi sağlamlığı yerində olan), səfərdə olmayan və nisab miqdarında mal-dövləti olan (bu miqdar əsasən zəkat üçün tətbiq olunan həddir - təxminən 85 qram qızıl və ya dəyərində pul və ya mal-mülk) şəxslər daxildir. İslam alimlərinin bir çoxu bu ibadətin vacib yox, müstəhəb (yəni çox tövsiyə edilən) olduğunu da bildirirlər. Lakin icma arasında bu ənənəyə çox böyük önəm verilir və geniş şəkildə yerinə yetirilir.

Qurban edilən heyvanlar xüsusi şərtlərə cavab verməlidir. Qurani-Kərimdə və hədislərdə bu şərtlər aydın şəkildə göstərilir:

Qoyun və ya keçi (ən azı 1 yaşında olmalıdır, ancaq 6 ayını doldurub fiziki cəhətdən inkişaf etmiş qoyun da kəsilə bilər);İnək və ya camış (ən azı 2 yaşında);Dəvə (ən azı 5 yaşında).

Qurbanlıqlar yalnız şəriətə uyğun yaş və sağlamlıq göstəricilərinə cavab verən heyvanlar olmalıdır. Xəstə, zəif, əzalarının bir hissəsi olmayan və ya əzab çəkərək öləcək vəziyyətdə olan heyvanların kəsilməsi şəriətə ziddir. Heyvanların əzab verilmədən, təmiz və insani şəkildə kəsilməsi tövsiyə olunur. Qurban ətinin bölüşdürülməsi də dini baxımdan əhəmiyyətlidir və müəyyən qaydalara tabedir. Üç bərabər hissəyə bölünməsi tövsiyə olunur. Bir hissəsi ailə və özünə saxlanılır, ikinci hissəsi qohum və tanışlara, üçüncü hissəsi isə ehtiyac sahiblərinə və kasıblara verilir. Bu bölgü həm ehtiyaclıların ətə olan tələbatını ödəməyə kömək edir, həm də cəmiyyət daxilində yardımlaşma və sosial həmrəyliyi gücləndirir.

Qurbanlıq heyvanın əti, dərisi və heç bir hissəsi satıla bilməz. Əgər dərisi istifadə olunmayacaqsa, kasıblara və ya məscidə bağışlanmalıdır. Qurban kəsən şəxsin bu əməldən maddi gəlir götürməsi şəriətə ziddir. Son illərdə xüsusilə şəhər mühitində fərdi şəkildə heyvan kəsmək çətinləşdiyindən, bələdiyyələr, dini icmalar və xeyriyyə təşkilatları tərəfindən təşkil olunmuş qurban aksiyaları geniş yayılıb. Bu aksiyalar vasitəsilə vətəndaşlar qurban payını ehtiyac sahiblərinə çatdırmaq üçün ianələr edir və bu ibadəti səliqəli, təmiz və şəriətə uyğun şəkildə yerinə yetirirlər.

Heyvanların məscidlərin həyətində və ya küçələrdə kəsilməsi yolverilməzdir. Qurban kəsmə prosesi yalnız müvafiq icra hakimiyyətləri tərəfindən müəyyən olunmuş məkanlarda həyata keçirilməlidir. Gigiyenik normalara və sanitar-gigiyena qaydalarına riayət edilməlidir.

Qurban bayramı yalnız bir ibadət deyil, İslamın sosial ədalət və paylaşma prinsipinin canlı təcəssümüdür. Bu bayramın mahiyyəti təkcə bir heyvanın kəsilməsində deyil, Allaha yaxınlaşmaq, ictimai həmrəylik yaratmaq və ehtiyaclı insanlara yardım əli uzatmaq kimi dəyərlərdədir.

Azərbaycan cəmiyyətində də Qurban bayramı bu anlamda yüksək şüur və məsuliyyətlə qarşılanır. Təmiz niyyət, düzgün niyyətlə edilən hər bir qurban - dini, mənəvi və sosial baxımdan böyük savab gətirir. Bəs tanınmışlardan kimlər qurban kəsəcək?

Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də qurban kəsməyi nəzərdə tutur: “Bu qurbanları imkanı olmayan insanlara paylayacağıq. Söhbət təkcə qurbandan getmir. Başqa formada da yardım həyata keçirəcəyik. Bu, insanın mənəvi borcudur. Qurban bayramında da imkanı çatan şəxslər bunu etməlidir. Biz də hər il olduğu kimi, eyni qaydada bu proseduru gerçəkləşdirəcəyik”.

Deputat Aqil Abbas deyib ki, iki yerdə qurban kəsdirəcək: “Qurbanlıq heyvanlardan birini hər il həyətimdə kəsdirirəm. Onu qonşuluğumuzdakı fəhlələrə və qarovulçulara paylayıram. Digərini isə kəndimizdə kəsdirib imkansız ailələrə paylayıram. Bəzən iki heyvanı qurbanlıq üçün ayırıram”.

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov hər il olduğu kimi bu il də ənənəyə sadiq qalaraq qurban kəsdirəcək: “Bunu dini qayda və tövsiyələrə əsasən edirəm. Bir hissəsi qonşulara, digər hissəsi qohumlara verilir. Üçüncü hissə isə özümüzdə qalır. Bu qaydada icra edirik”.     

  Tural Abbaslı 

Ağ Partiya lideri Tural Abbaslı isə söyləyib ki, imkanı olan hər şəxs qurban kəsməlidir: “Mən də hər il Qurban bayramı ərəfəsindəki vəziyyətimə uyğun olaraq bunu edirəm. Son 2-3 ildə qurban kəsdirmək imkanım olur. Bu il də kəndimizdə qurban kəsdirməyi fikirləşirəm. Qurbanı məsləhət bilinən ailələrə paylayacağıq. Nə qədər mümkündürsə, çalışıram ki, dinin tələblərinə əməl edim. Hələ bir heyvandan o tərəfə keçə bilməmişik. Maddi durumum buna imkan vermir.  Son zamanlar Azərbaycanda ətin qiyməti kifayət qədər bahalaşıb. Bu da qurbanlıq heyvanın qiymətinə birbaşa təsir edir. Bəzi işbazlar isə bu məqamdan istifadə edirlər. Ona görə də bir heyvandan artıq qurban kəsmək imkanım olmur. Orta çəkili bir qoç alıb kəsdirirəm. Allah qismət etsə, daha çox qurban kəsdirərik. Əvvəlki kimi dövlət yarmarkaları olsaydı, daha rahat olardı. Onda qeydiyyatdan keçib uyğun qiymətə heyvan almaq mümkün idi. Son zamanlar nədənsə etmirlər. Belə olan halda işbazlara meydan verilir. Əgər yarmarka olsa, kasıbın boğazından keçməli olan ət hansısa oliqarxın cibinə getməz”. 

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də bu il qurban kəsəcək: “Bir neçə adam birləşib qurbanlar kəsdiririk. Adətən rayonda bu işi görürlər və biz də gedib iştirak edirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyun 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri