Icma.az
close
up
RU
Partiyalardan bayram sorğusu: Kim harada qurban kəsəcək? SORĞU

Partiyalardan bayram sorğusu: Kim harada qurban kəsəcək? SORĞU

Icma.az, Modern.az saytına istinadən bildirir.

Hazırda Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayramla əlaqədar hər kəs öz vəzifəsini icra etməyə, yəni qurban kəsib paylamağa çalışır.  

Siyasi partiyaların Qurban bayramında hansı tədbirləri keçirəcəyi maraq doğurur.

Modern.az müxtəlif partiya sədrləri və siyasətçilər arasında sorğu keçirərək onların Qurban bayramı ilə bağlı planlarını öyrənib.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa hər il olduğu kimi bu il də qurban payı payladıqlarını deyib:

“Qonşuluqda və çevrədə imkansız olduğunu bildiyimiz insanlara qurban paylayırıq. Bu bayram xeyirxahlıq bayramıdır və hər kəs əlindən gələni etməlidir”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də müəyyən sosial qruplara dəstək göstərməyə çalışacaqlar:

“Əvvəlki dönəmlərdə Qurban bayramlarında və digər əlamətdar günlərdə imkanlarımız daxilində müəyyən sosial qruplara dəstək olmuşuq. Bu bayram günlərində də müəyyən ailələrlə təmasda olub onlara dəstəyimizi nümayiş etdirəcəyik”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də hər il olduğu kimi qurban kəsərək ehtiyac sahiblərinə paylamağı planlaşdırdıqlarını qeyd edib.

Ağ Partiyanın sədri Tural Abbaslı isə dini qaydalara uyğun şəkildə qurban kəsəcəklərini deyib:

“Biz də qurban kəsmək niyyətindəyik və onu dini qaydalara uyğun şəkildə paylayacağıq. Amma böyük və qeyri-adi nəsə planlaşdırmırıq. Allahdan arzum odur ki, hər kəsin qurban kəsməyə imkanı olsun. Elə bir vəziyyət olsun ki, heç qurban paylamağa adam tapılmasın”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hər il olduğu kimi bu dəfə də müəyyən addımlar atmağa çalışırlar:

“Etdiklərimizi mətbuatda işıqlandırmağımız çox nadir hallarda olur. Amma həmişə bu məsələlər diqqətimizdə olub və imkanımız daxilində nə mümkündür etmişik”.

Vəhdət Partiyasının sədri Adəm Bakuvi deyib ki, Qurban bayramı dövründə ahıl insanlara və ehtiyacı olan ailələrə dəstək göstəriləcək:

“Bu yardımlar yalnız Bakıda olmayacaq. Rayon şöbələrimizin rəhbərləri və üzvlərimiz ianələr hesabına qurban payları paylayacaqlar. Yetimlərə, ahıllara və ehtiyacı olan ailələrə yardım olunacaq”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Qurban bayramının artıq milli dəyərə çevrildiyini vurğulayıb:

“Qurban bayramı dini mahiyyətli olsa da, artıq xalqımız üçün milli bir dəyərə çevrilib. Təbii ki, hər kəs Qurban bayramında vacib olan rituallara əməl edir. Dinimizin tolerantlığı həm də ondadır ki, qurban kəsməyi məcburiyyət kimi qoymur, imkanlara görə tövsiyyə edir. Bu da kimsənin üstünlük qazanmasına və ya aşağılanmasına şərait yaratmır. 
Bu bayramda qurban kəsməyi planlaşdırmamışam. Amma Qurban bayramının daha bir gözəlliyi də paylaşmaqdır. Yəqin ki, bayramın yaratdığı bu fürsətdən yararlana biləcəm”.

Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadiqov isə bildirib ki, kəsdiyi qurbanları əsasən imkansız qonşularla bölüşür:

“Allah kəsilən bütün qurbanları qəbul etsin. Ramazan və Qurban bayramlarında ilk növbədə bayram namazı üçün məscidə gedirəm. Və kəsdiyim qurbanı əsasən imkanı zəif insanlarla paylaşmağa çalışıram”.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev bildirib ki, imkan daxilində sosial tədbirlər həyata keçirəcəklər:

“İmkansız insanlara qurban payları verəcəyik. İlk növbədə partiyada ehtiyacı olan insanlara dəstək olacağıq.Eyni zamanda sosial baxımdan imkansız insanlara da öz köməyimizi göstərməyə çalışacağıq.Nə qədər mümkündür sosial tədbirlər həyata keçirəcəyik”.

REAL Partiyasının sədri Natiq Cəfərli isə ailə ənənələrini davam etdirdiklərini bildirib:

“Qocalar evi və ya uşaq evlərinə müəyyən yardımlar etməyi düşünürük. Hər il buna çalışmışıq. Qurban bayramının fəlsəfəsini yaşamağa çalışırıq”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə qurbanların partiyanın ehtiyacı olan üzvlərinə və 17 nəfər partiya üzvü olmayan şəxslərə paylanacağını deyib: "Gələcək Azərbaycan Partiyası yalnız Qurban və digər əlamətdar günlərdə yox, il ərzində partiyanın ehtiyacı olan üzvlərinə sosialyönümlü-istər ərzaq, istərsə də maddi baxımdan dəstək olur. Partiya ilin əvvəlində xeyriyyə məqsədləri üçün təxminən 15  min manatlıq büdcə ayrılıb. Bu büdcədən istisna hallarda digər ehtiyacı olan Azərbaycan vətəndaşlarına da ayrılır.  Qurban bayramı günlərində də partiyanın imkansız üzvlərinə qurban payları göndəriləcək. Eləcə də siyahı üzrə partiyanın üzvü olmayan 17 nəfər ehtiyac içərisində olan insan mövcuddur. Onların içərisində ağsaqqal, ağbirçəklər, ailə başçısını itirənlər var. Həmin insanlara da qurban payı göndəriləcək". 

Müsavat Partiyasının başqan yardımçısı Gülağa Aslanlı qeyd edib ki, Partiya Qurban bayramını müqəddəs dini bayramlardan biri hesab edir:

“Bu bayram insanların imkanlarını bir-biri ilə bölüşməsi üçün fürsətdir. Partiya imkanları daxilində ehtiyacı olan ailələrə qurban payı göndərməyi planlaşdırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 May 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri