Icma.az
close
up
RU
Bayram Nurlu göbələkdən zəhərlənib ölən qohumundan danışdı: Həkim səhlənkarlığı... VİDEO

Bayram Nurlu göbələkdən zəhərlənib ölən qohumundan danışdı: Həkim səhlənkarlığı... VİDEO

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Ötən gün Qaxda baş verən göbələk zəhərlənməsi nəticəsində bir ailənin 3 üzvü xəstəxanaya yerləşdirilib. Onların ikisinin həyatını xilas etmək mümkün olsa da biri iki gün sonra ölüb. Göbələkdən zəhərlənənlər sosial şəbəkə fenomeni Bayram Nurlunun qohumlarıdır. Onun 9 yaşlı bacısı oğlu Qasımlı Murad zəhərlənmədən dünyasını dəyişib.

Bununla bağlı BAKU.WS-ə açıqlama verən Bayram Nurlu bildirib ki, 9 yaşlı Qasımlı Murad həkim səhlənkarlığının qurbanı oldub. O, Muradın vaxtında Bakıdakı xəstəxanalardan birinə aparılsaydı, həyatının xilas edilə biləcəyini deyib:

"Murad həkim səhlənkarlığı nəticəsində vəfat edib. Evlərinin yanında bağça var. Oradan göbələk yığıb, bişirib, yeyiblər. Hər dəfə oradan yığırdılar. Amma belə zəhərlənmə halı ilk dəfə baş verib. Gecə yarı görüblər ki, uşaq özündə deyil. Səhərə yaxın Qaxda yerləşən xəstəxanaya aparıblar. Həkimlər 5-6 saat ərzində onun mədəsini yuyublar. Deyiblər ki, qorxulu heç nə yoxdur, uşağı evə apara bilərsiniz.

Daha sonra Muradı halsız və pis vəziyyətdə evə gətiriblər. Yemək yemirmiş, ancaq içdiyi dərmanları qaytarırmış. Günorta anası görüb ki, dərmanı qaytaranda boğazından damcı-damcı qan gəlir. 1 gün sonra həkimə zəng vurublar. O deyib ki, boğazı gücə düşüb, kapilyarları partlayıb.

Sonra mənlə əlaqə saxladılar, gəlib gördüm uşaq pis gündədir. Həmin vəziyyətdə görüntülərini Bakıdakı həkimlərə göndərdim. Dedilər, bu uşaq çox pis vəziyyətdədir. Sonra xəstəxananın tibb bacısını çağırdım. Dedi, bu uşaq təcili Qax rayon xəstəxanasına aparılmalıdır. İki gün sonra xəstəxanaya apardıq, sistem qoyuldu. Sonra orada biri səs-küy saldı ki, bu uşaq ölür, bunu təcili Bakıya çatdırın.

Bakıya aparıldı. Həkimlər deyib ki, ciyərləri sıradan çıxıb. Gərək tez gətirərdiniz. Uşağı müalicə edən həkim müsahibə verib ki, "ilkin tədbir görülüb, vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik". Elə deyil. İki gün sonra Bakıya göndərilib. İndi qanun var. İnanıram ki, müəyyən tədbir görüləcək.

Məsələ ilə bağlı ittiham olunan tərəflə də əlaqə saxladıq. Qax rayon xəstəxanasında Bayram Nurlunun qohumlarını müalicə edən həkim Günay İsayeva ona qarşı irəli sürülən iddiaların əsassız olduğunu bildirib. O, xəstələrə vaxtında və lazımi tibbi yardım göstərildiyini qeyd edib:

“Biz bu haqda bütün məlumatları sənəddə qeyd edib, açıqlama da vermişik. Əlavə sözə ehtiyac yoxdur. Bayram Nurlunun haqqımızda səsləndirdiyi ittihamlar əsassızdır. Onun özü burada yox idi. O, bizim həmin xəstələr üçün nələr etdiyimizi görmədi...”

Qeyd edək ki, Günay İsayeva televiziya kanallarına açıqlama verərək xəstələr üçün əlindən gələni etdiyini və lazımınca ilkin tibbi müdaxilələrin göstərildiyini, lakin onların həyatını xilas etməyin mümkün olmadığını bildirib.

Xatırladaq ki, göbələkdən zəhərlənən şəxslər Qax rayonunun Tasmalı kənd sakinləridir. Onlar 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, 2009-cu il təvəllüdlü Qasımlı Murad və 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğludur. Görülən tədbirlərə baxmayaraq, Qasımlı Murad və Qasımzadı İbrahimxəlil vəfat edib.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Yanvar 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see255

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see238

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see204

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see199

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see192

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see147

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see146

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see145

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see142

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see138

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see137

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see131

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see131

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri