Icma.az
close
up
RU
Bayramda necə yeyək ki: Xəstəxanalıq olmayaq?

Bayramda necə yeyək ki: Xəstəxanalıq olmayaq?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni il süfrələrində bol və müxtəlif çeşidli yeməklər yer alır. 

Lakin onları normadan artıq qarışdıraraq yemək həzm problemlərinə və qida zəhərlənməsinə səbəb ola bilər. Bayramda düzgün qidalanmamaq nəticəsində xoşagəlməz hallar yaşana bilər.

Bayram günlərində qidalanmaya necə diqqət lazımdır? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, bayram günlərində süfrələr zəngin və müxtəlif olur: 

"Bu da istər-istəməz yeməkləri qarışdırmağa və normadan artıq yeməyə səbəb ola bilir. Buna görə də həzm pozğunluğu və qida zəhərlənməsi riski artır. Riskləri azaltmaq üçün bir neçə əsas qaydaya əməl etmək vacibdir. İlk növbədə düzgün qidalanma prinsipi qorunmalıdır. 

Süfrəyə oturarkən hər yeməkdən az-az dadmaq, xüsusilə yağlı, qızardılmış və ağır yeməkləri eyni vaxtda çox miqdarda qəbul etməmək tövsiyə olunur. Ət yeməklərini bol salat və tərəvəzlərlə birlikdə yemək həzmi asanlaşdırır. Şirniyyat və xəmir məmulatlarını isə əsas yeməkdən dərhal sonra deyil, bir müddət sonra qəbul etmək daha məqsədəuyğundur”. 

Onun sözlərinə görə, yeməklər arasında fasilə ən azı 2–3 saat olmalıdır: 

"Bu müddət mədənin əvvəlki qidanı həzm etməsi üçün vacibdir. Davamlı şəkildə yemək mədəyə və bağırsaqlara əlavə yük yaradır, nəticədə köp, ağırlıq və ürəkbulanma müşahidə oluna bilər. Qida təhlükəsizliyi baxımından isə bir neçə vacib məqam var. 

Yeməklər həmişə təzə hazırlanmalı və uyğun temperaturda saxlanmalıdır. Uzun müddət otaq temperaturunda qalan ət, süd və kremli məhsullardan istifadə edilməməlidir. Çiy və bişmiş qidalar eyni səthdə saxlanmamalıdır". 

Ekspert qeyd edib ki, əllərin yuyulması və mətbəx gigiyenasına diqqət yetirilməlidir: 

"Bundan əlavə, şəkərli, qazlı və spirtli içkiləri minimuma endirmək və mümkün qədər rasiondan çıxarmaq tövsiyə olunur. Bayramı sağlam keçirmək üçün əsas məsələ ölçünü bilmək, yeməklər arasında fasilə saxlamaq və qida gigiyenasına riayət etməkdir. Bu qaydalar həm həzmi qoruyur, həm də qida zəhərlənməsi riskini minimuma endirir". 

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Bayram yemək Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri