Icma.az
close
up
RU
Hansı xroniki xəstələr oruc tutmamalıdır? Terapevtdən tövsiyələr

Hansı xroniki xəstələr oruc tutmamalıdır? Terapevtdən tövsiyələr

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Ramazan orucu zamanı uzunmüddətli aclıq və susuzluq bəzi xroniki xəstəliklər üçün ciddi risk yarada bilər".

Moderator.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.

Onun sözlərinə görə, şəkərli diabetin xüsusilə insulinlə müalicə olunan formaları risk qrupuna daxildir:

"Tez-tez hipoqlikemiya yaşayan diabet xəstələrində oruc təhlükəli ola bilər. Dərmanlarla çətin tənzimlənən arterial hipertenziya oruc zamanı ağırlaşa bilər. Ürək çatışmazlığı olan xəstələrdə maye balansının pozulması riski yüksəkdir. Bundan əlavə, yaxın zamanda infarkt keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Ürək ritm pozğunluğu olan xəstələrdə elektrolit dəyişiklikləri problem yarada bilər. Xroniki böyrək çatışmazlığı, xüsusilə irəliləmiş mərhələdə olan xəstələr üçün risklidir".

Mütəxəssis-ekspert bildirib ki, dializ alan xəstələr oruc tutmamalıdırlar:

"Həmçinin qaraciyər sirrozu olan xəstələrdə aclıq metabolik pozğunluqlara səbəb ola bilər. Aktiv hepatitlər zamanı oruc vəziyyəti ağırlaşdıra bilər, mədə və onikibarmaq bağırsaq xorasının aktiv dövrü risklidir. Xroniki qastrit və reflüks xəstələrində də bu zaman şikayətlər arta bilər. Bronxial astmanın ağır formalarında oruc tutmaq problem yarada bilər. Xroniki ağciyər xəstəliyi olan və oksigenə ehtiyacı olan xəstələr Ramazan ayında ehtiyatlı olmalıdırlar".

N.Məhərrəmov vurğulayıb ki, epilepsiya xəstələrində dərman qəbulunun gecikməsi tutmaları artıra bilər:

"Parkinson və digər nevroloji xəstəliklərdə dərman rejimi pozula bilər. Onkoloji xəstələrdə ümumi vəziyyətə görə fərdi qərar verilməlidir. Anemiyası olan insanlarda oruc tutan zaman başgicəllənmə və ürəkbulanma ola bilər. Hamilələr, yanaşı xroniki xəstəliyi olan qadınlar risk altındadırlar. Bu səbəbdən hər bir xroniki xəstə üçün oruc tutmaq fərdi şəkildə qiymətləndirilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri