Icma.az
close
up
RU
Bayramqabağı bu qiymətlər DƏYİŞMƏYƏCƏK

Bayramqabağı bu qiymətlər DƏYİŞMƏYƏCƏK

Icma.az, News24 portalına istinadən məlumat verir.

Mart ayında iki mühüm bayram – Novruz və Ramazan bayramları qeyd olunacaq. Bu səbəbdən qeyri-iş günləri ardıcıl şəkildə düzülüb və insanlar üçün istirahət etmək, səyahətə çıxmağa kifayət qədər zaman yaranıb. Bu fürsətdən yararlanmaq istəyənlər həm ölkə daxilindəki regionlara, həm də xaricə səyahət etməyi planlaşdırırlar.

Bəs qiymətlər necə olacaq? Ötən illə müqayisədə istirahət üçün ciddi bahalaşma gözlənilirmi?

Yenisabah.az məsələni turizm məsələləri üzrə ekspert Ceyhun Aşırovla müzakirə edib. Ekspert bildirib ki, bu il ardıcıl qeyri-iş günləri ilə əlaqədar olaraq insanlar əvvəlcədən səyahət planlarını qurmağa başlayıblar:

“Regionlarda fəaliyyət göstərən otellər bayram günləri üçün xüsusi kampaniyalar elan ediblər. Səyahət etməyi planlaşdıran insanlar əsasən iki qrupa bölünür: bir qismi ölkə daxilində istirahət etməyi üstün tutur, digərləri isə xaricə səfər etməyə hazırlaşır.

Turizm şirkətləri də bu fürsətdən yararlanaraq müxtəlif endirimli turlar təklif edirlər. Xaricə səyahət edənlər üçün ən çox Türkiyə və Gürcüstan kimi ənənəvi istiqamətlərlə yanaşı, Misir, Doha, Dubay, Maldiv Adalarına olan turlar geniş şəkildə təbliğ olunur. Bəzi istiqamətlər üzrə xüsusi endirimlər və daha sərfəli qiymətlər təqdim edilir ki, bu da turistlərin seçim imkanlarını artırır”.

C.Aşırov nəzərəçarpacaq dərəcədə bahalaşmanın gözlənilmədiyini də açıqlayıb:

“Ölkə daxilində istirahət etməyi planlaşdıranlar üçün isə müxtəlif kampaniyalar nəzərdə tutulub. Otellər bir günlük qalmağı planlaşdıran qonaqlara əlavə bir gün bonus, yaxud əlavə xidmətlər təqdim edirlər. Ramazan ayının bu dövrə təsadüf etməsi isə müəyyən təsirini göstərir – oruc tutan insanların bir qismi aktiv səyahətlərdən çəkinərək istirahətlərini yaşadıqları şəhərdə keçirməyə üstünlük verirlər.

Qiymətlərə gəldikdə, ölkə daxilində turizm xidmətlərinin ötən illə müqayisədə ciddi şəkildə bahalaşması gözlənilmir. Həm yerli, həm də xarici turlara tələbat artsa da, kəskin qiymət artımı müşahidə olunmur. Bu isə vətəndaşların daha əlverişli şərtlərlə səyahət etməsinə şərait yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri