Icma.az
close
up
RU
Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur.
Bu isə ərzaq məhsullarının qiymətləri ilə bağlı sualların yaranmasına səbəb olur.
Bayramqabağı istehlak tələbatının artması, xüsusilə ət bazarına təsir edir. Hinduşka və toyuq ətinə olan tələbin artması isə bu məhsulların qiymətlərinin yüksəlməsi ehtimalını gündəmə gətirir.
Bayram süfrələrində ən çox tələb olunan ət növləri hinduşka və toyuq ətidir ki, bu da təbii olaraq bazarda qiymət artımına səbəb ola bilər.
Hinduşka və toyuq ətinin qiyməti nə qədər artacaq və nə vaxta qədər davam edəcək?
Bizim.Media
xəbər verir ki, mövzu ilə bağlı Trend-ə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli açıqlamasında bildirib ki, sənaye üsulu ilə intensiv qaydada istehsal olunan toyuq ətinin qiymətində azalma müşahidə edilir.
Onun sözlərinə görə, hinduşka ətinə qış aylarında tələbat çoxalıb, xüsusilə bayram günlərində hinduşkanın satış qiymətində nisbətən artım müşahidə ediləcək:
“Hinduşka əti Azərbaycanda intensiv şəkildə istehsal olunmur. Yəni, sənaye üsulu ilə satış məqsədli istehsal yoxdur. Hazırda hinduşka ətinin 1 kilosu 18-20 manat aralığında satılır, bayram günlərində isə 25 manatadək artım gözlənilir. Qeyd edim ki, bu daimi artım deyil, bayramdan sonra yenidən öz köhnə qiymətinə qayıdacaq”.
M.Həsənli vurğulayıb ki, hinduşka əti ölkəmizdə dekabr, yanvar və fevral aylarında əsasən istehlak olunur.
“İl ərzində Azərbaycanda bir nəfər təxminən yarım kiloqram hinduşka əti istehlak edir.
Bu səbəbdən ölkə üzrə hinduşka istehsalı daxili tələbatı ödəmək həcmindədir.
Adambaşına təxminən 18-20 kiloqram toyuq əti yeyilir.
 

Son aylarda ölkədə iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi toyuq və quş ətinə tələbatı artırıb. Məsələn 2024-cü ilin göstəricilərinə görə adambaşına 147 ədəd yumurta istehlak edilirdisə, bu il həmin rəqəm 184 ədədə qalxıb. Toyuq əti isə 16 kilo istehlak edilirdisə, bu il 20 kiloyadək artıb.


Buna qırmızı ətin bahalığı və dabaq xəstəliyi səbəb olub. Ümumilikdə bir insan Azərbaycanda 34 kiloqram ət yeyirsə, bunun 20 kilosunu toyuq əti təşkil edir. Toyuq əti daha sağlıqlı və ucuzdur”,- deyə o əlavə edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri