Icma.az
close
up
RU
Bayraq Meydanı yaxınlığındakı mif fabriki ndən REPORTAJ

Bayraq Meydanı yaxınlığındakı mif fabriki ndən REPORTAJ

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özünü Azərbaycan cəmiyyətinə yəhudi əsilli xeyriyyəçi, beynəlxalq hüquq müdafiəçisi və texnoloji investor David Seliverstov kimi sırımağı başaran, əslində isə dəfələrlə məhkum olunmuş residivist Kazım Elşən oğlu Abbasov olduğu üzə çıxan şəxsin ətrafındakı duman çəkilmək bilmir.
Saxta kimliklə illərdir insanları aldadan bu şəxsin Səbail rayonu, Süleyman Məlikov 1 və Neftçi Qurban 58 küçələrinin kəsişməsində yerləşən, Bayraq Meydanı yaxınlığındakı sirli qərargahına yollandıq. Məqsəd bəzi dairələri imperiya illüziyasına inandıran "beynəlxalq hüquq müdafiəçisi"nin gizli maxinasiyalarını işıq tutmaq idi.
Sözügedən ünvandakı memarlıq üslubu ilə seçilən 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofis ilk baxışdan ciddi təhlükəsizlik rejimində fəaliyyət göstərir. Giriş pilləkənlərinin sağ və solunda yerləşdirilmiş qartal fiqurları sadəlövh insanlarda psixoloji üstünlük yaratmaq, adın və məkanın "çəkisini" süni şəkildə artırmaq üçün düşünülmüş vasitədir.
Binanın fasadı və ətrafı çoxsaylı müşahidə kameraları ilə əhatələnib. Hətta ofisin qarşısındakı ağaca belə müasir günəş paneli ilə işləyən xüsusi kamera quraşdırılıb. Binanın gizli giriş-çıxışlarının olması isə xüsusi diqqət çəkir - bu, lazımi anda məkandan sakitcə yayınmaq üçün nəzərdə tutulmuş klassik fırıldaqçı taktikasıdır.
Professional avantüristlər yaxşı bilirlər ki, insanları inandırmaq üçün ilk növbədə özündən böyük görünməlisən. Ad dəyişir, kostyum və lüks avtomobillər yenilənir, amma sxem eyni qalır. Əvvəlcə mif yaradılır, sonra həmin mif satılır. Mifə inananlar isə əllərindən milyonları verir, əvəzində heç bir məna kəsb etməyən təltif, bir o qədər də mənasız, üzərindən pafoslu sözlər yazılmış kağız yığınını alırlar. İnandıqları aradan çıxanda isə həmin kağızlar da qar kimi əriyib əllərindən çıxır, gözləri açılır…
David Seliverstov - Kazım Abbasov cəmiyyəti aldatmaqla kifayətlənməyib, yaratdığı "dünya hökuməti nümayəndəsi" imicinə hətta 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin yəhudi əsilli deputatı Anatoliy Rafailovu və onun qardaşı Sergey Rafailovu da cəlb edə bilib. David Seliverstov sosial şəbəkələrdə Sergey Rafailovu təbrik edərkən onun 4 il ərzində "Magen David Azərbaycan" hüquq müdafiəsi və xeyriyyə təşkilatını tam maliyyələşdirdiyini vurğulayır.
O, Rafailovun "Qartal sürünməməli, uçmalıdır" sözlərini deviz tutduğunu və onlara "süni intellekt, yüksək texnologiyalar" üfüqünü açdığını bəlağətlə qeyd edir.
Bunun ardınca isə 100-cü dərəcəli saytlarda "Caspian Infinity Green Energy süni intellekt əsasında hazırlanmış yeni nəsil enerji konsepsiyasıdır" başlıqlı saxta PR materialları tirajlanır. Həmin xəbərlərdə Kazım Abbasov (David Seliverstov) özünü "Caspian Capital Holding"in vitse-prezidenti kimi təqdim edir, "yaşıl enerji və süni intellekt" adı altında reallıqda mövcud olmayan xəyali layihələrin "anonsunu" verir.
Əməkdaşlarımız ofisə daxil olmağa cəhd edərkən qarşılarını David Seliverstovun mühafizəçisi, sonradan kimliyi dəqiqləşdirilən keçmiş polis əməkdaşı Nəsimi İsmayılov kəsib. "David müəllim ölkədə yoxdur, ofisdə də kimsə yoxdur" desə də, həqiqətin tam fərqli olduğu ortaya çıxıb. Bəlli olub ki, həmin vaxt ofisdə David Seliverstovun dəstəkçiləri toplanıb. Hətta bir neçə saytı məkana dəvət edərək, Kazım Abbasovun əsl kimliyini (residivist olmasını) ifşa edən Çingiz Qənizadənin əleyhinə sifarişli çıxışlar təşkil ediblər.
Əməkdaşlarımız qapı açılan anda divarda "Magen David" yazılmış lövhəni müşahidə ediblər. Lakin jurnalistlərin çəkiliş apardığını görən kimi həmin lövhə tələsik divardan sökülərək gizlədilib. Ofisi 3 ilə yaxındır icarəyə verən mülk sahibi olan xanım həmsöhbətimiz David Seliverstov adlı şəxsin heç bir rəsmi şəxsiyyət vəsqəsini görmədiklərini etiraf edib. Residivist Kazım Abbasovla bağlı suallardan yayınıb.
Ofis əməkdaşları David Seliverstovun harada olduğunu gizlətməyə çalışsalar da, onun istifadə etdiyi premium class "Cadillac" markalı avtomobili məkana yaxın ərazidə dayanıb. Jurnalistlərin əraziyə gəlməsindən dərhal sonra avtomobil təcili şəkildə oradan uzaqlaşdırılıb. Bu addımlar suallar doğurub – əgər həqiqətən də, David Seliverstovun, onun ofisininin fəaliyyəti qanunidirsə, realdırsa, niyə ofisə daxil olmağımıza imkan verilmir?
Ofisdə üzərində "Magen David" sözləri yazılan löhvəni bizi görəcək niyə söküb gizlədirlər? Məgər David Seliverstovun, onun ətrafının fəaliyyəti gizlidir? Onun istifadə etdiyi avtomobili niyə ərazidən qaçırırlar? Suallar açıqdır, David Selivestovun səsi isə ölkə xaricindən gəlir. Konkret ittihamlara "vətənpərvər" çıxışları ilə cavab verib geri dönəcəyini anons edir. Bizlərə gözləyib bu saxta, uydurulmuş dərəcələrlə zəngin, ofis qarşısındakı qartal fiqurları ilə qurulan teatrın son pərdəsinin nəticəsinə tamaşa etmək qalır.(musavat.com)

ms
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri