Icma.az
close
up
RU
Bazarda hamı bu tərəvəzi axtarır Suyu min bir dərdə dəvadır

Bazarda hamı bu tərəvəzi axtarır Suyu min bir dərdə dəvadır

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kök suyunun həm faydaları, həm də zərərli tərəfləri barədə məlumatlar son dövrlər geniş maraq doğurur. Vitamin və minerallarla zəngin olan bu təbii içki miqdarında qəbul edildikdə orqanizmə müsbət təsir göstərir.

“Yeni Sabah” kök suyunun sağlamlığa təsirləri ilə bağlı məlumatları təqdim edir.

Kök suyu yüksək miqdarda beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilərək gecə görməsini yaxşılaşdırır, göz quruğunu azaldır və retinanın sağlamlığını dəstəkləyir. A vitamini və antioksidanlar dəri hüceyrələrinin yenilənməsini sürətləndirir, qara nöqtələri və qızartını azalda bilər, dərinin daha parlaq görünməsinə kömək edir.

İmmun sisteminin güclənməsində də kök suyunun rolu böyükdür. Tərkibindəki C vitamini və antioksidanlar bədəni virus və bakteriyalara qarşı daha dayanıqlı edir, həmçinin iltihabı azaldır. Həzm sistemi üçün faydalı olan təbii liflər bağırsaq fəaliyyətini normallaşdırır, qəbizliyin qarşısını alır və mədə turşuluğunu tarazlaşdırır. Kaliumla zəngin olması kök suyunu ürək-damar sağlamlığı baxımından da önəmli edir — qan təzyiqinin tənzimlənməsinə, damar elastikliyinin artmasına və ürək xəstəlikləri riskinin azalmasına kömək edir. Antioksidanlar isə qaraciyərin toksinləri süzməsini asanlaşdırır və qaraciyər yağlanmasının qarşısını ala bilər. Təbii şəkərlər və B qrup vitaminləri bədəni enerji ilə təmin edir, yorğunluğu azaldır.

Bununla yanaşı, kök suyunun zərərli tərəfləri də mövcuddur. Həddindən artıq istifadə beta-karotinin yığılmasına və qaraciyərə əlavə yük düşməsinə səbəb ola bilər. Bu zaman karotinemiyaya — dərinin sarımtıl rəng almasına rast gəlinir. Kök suyunun şəkər tərkibi yüksək olduğundan qanda qlükozanı sürətlə artıra bilər, bu isə xüsusilə şəkərli diabeti olan şəxslər üçün risklidir. Nadir hallarda kök allergiyası qaşınma, dodaq şişməsi və səpgilər kimi əlamətlərlə özünü göstərə bilər. Gecə yatmazdan əvvəl içildikdə isə şirin tərkibinə görə diş çürüməsi riskini artırır. Həddindən artıq lif qəbulu qaz, şişkinlik və ishal kimi həzm narahatlıqlarına səbəb ola bilər.

Mütəxəssislər kök suyunun gündə 1 stəkan (200–250 ml) qəbulunun kifayət etdiyini bildirirlər. Həftədə 4–5 dəfə içilməsi ən optimal variant sayılır. Səhər acqarına və ya günorta yeməyi ilə birlikdə qəbul edilməsi daha effektlidir. Dad və vitamin balansını artırmaq üçün alma, portağal, zəncəfil, kərəviz və çuğundurla qarışdırılması məsləhət görülür.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri