Icma.az
close
up
RU
Bazarda külli miqdarda qaçaqmal elektron siqaret mövcuddur AÇIQLAMA

Bazarda külli miqdarda qaçaqmal elektron siqaret mövcuddur AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun artıq 10 ildən çoxdur ki, qəbul edilib və ölkə bu sahədə bir sıra beynəlxalq konvensiyalara qoşulub. Qanun qəbul edildikdən sonra bir neçə dəfə dəyişiklik edilib və bu dəyişikliklərin hamısı tütün məmulatlarının məhdudlaşdırılmasına yönəlib".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, tütün dünyada birmənalı şəkildə zərərli məhsul kimi qəbul olunur:
"Beynəlxalq konvensiyalar da tütünün insan sağlamlığına ciddi ziyan vurduğunu təsdiqləyir. Azərbaycan bu konvensiyalara qoşularaq daha təhlükəli hesab olunan siqaret növlərinin, o cümlədən sovet dövründən qalan filtersiz siqaretlərin istehsal və dövriyyədən çıxarılmasını dəstəkləyib.
Lakin siqaretin bütün növləri zərərlidir. Filtersiz, nazik və ya “layt” olmasından asılı olmayaraq hamısı insan sağlamlığı üçün təhlükə yaradır. Təəssüf ki, qanunun mövcudluğuna və sərtləşdirilməsinə baxmayaraq, onun icrası tam təmin olunmur. Təhsil müəssisələrinin ətrafında və səhiyyə obyektlərinin yaxınlığında siqaret satışına qadağa qoyulsa da, bu qadağalar bir çox hallarda pozulur".
Ekspert deyib ki, faktlar Azərbaycanda tütünə meyilliliyin yüksək olduğunu göstərir:
"Region ölkələri arasında Azərbaycan bu göstəriciyə görə Türkiyədən sonra ön sıralarda yer ala bilər. Türkiyədə qadınlar arasında siqaret çəkmə geniş yayıldığı kimi, bu tendensiya sürətlə Azərbaycana da keçməkdədir.
Belə bir şəraitdə bazara elektron siqaretlər, “Glo” kimi alternativ vasitələr və qəlyan daxil olub. Bu məhsullar guya siqareti tərgitmək üçün təqdim edilsə də, onların hamısı insan sağlamlığı üçün zərərlidir. Elektron siqaretlərin də tütün məmulatları kateqoriyasına daxil edilməsi və onlara eyni məhdudiyyətlərin tətbiqi zəruridir".
Onun sözlərinə görə, ölkədə həm siqaretlərin, həm də elektron siqaretlərin qaçaqmalçılığı geniş yayılıb:
"Beynəlxalq təşkilatların 2017-ci il hesabatına əsasən, Azərbaycan büdcəsi qaçaqmal siqaretlər səbəbindən təxminən 20 milyon dollar zərər görüb. Mənşəyi məlum olmayan bu məhsullar sağlamlıq baxımından daha təhlükəli hesab olunur.
Qaçaqmal elektron siqaretlərin də bazarda mövcudluğu ciddi narahatlıq doğurur. Bu istiqamətdə ictimai birliklər və aidiyyəti qurumlar müəyyən araşdırmalar aparır və qarşısının alınması üçün tədbirlər görməyə çalışır.
Nəticə etibarilə, elektron siqaretlərin ölkəyə gətirilməsi və dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılmalı, eyni zamanda siqaretlərin qiymətinin artırılması ilə onların əlçatanlığı azaldılmalıdır. Məqsəd tütün məmulatlarına çıxışı çətinləşdirmək və ictimai sağlamlığı qorumaqdır".
Qeyd edək ki, yeni qanuna əsasən Azərbaycanda elektron siqaretlərin satışı qadağan ediləcək. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri