Icma.az
close
up
RU
“Azərbaycanda külli miqdarda siqaret kontrabandası var” ŞOK AÇIQLAMA

“Azərbaycanda külli miqdarda siqaret kontrabandası var” ŞOK AÇIQLAMA

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycanda istehsalçı şirkət siqareti bahalaşdırıb. Hazırda “Sobranie”, “Winston” və JTİ şirkətinə məxsus digər brendləri lisenziya əsasında “Tabaterra” QSC istehsal edir.
İstehsalçılar bahalaşmanı idxal xərclərinin artımı ilə əsaslandırırlar. Belə ki, tütün məmulatları idxalına xərclər 16 faiz artıb. Bu ilin yanvarında Azərbaycana xarici ölkələrdən 9,6 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 1,2 milyon ABŞ dolları və ya 16,1 faiz çoxdur.
Xatırladaq ki, Azərbaycanda siqaretlərin aksiz dərəcələri ötən ilin yanvarında artırılıb.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında siqaretlərin bundan sonra iki dəfə də bahalaşmasının tərəfdarı olduğunu deyib:
“İllər boyu da Azad İstehlakçılar İctimai Birliyi təbliğat aparır. Siqaretlərin hər biri təhlükəlidir. Təhlükəlilərin ən təhlükəlisi olan üç fabrikin bağlanmasına nail olduq. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunub. 
Bundan sonra dəfələrlə qanunda dəyişiklik olubdur. Lakin, dövlətin bu əhəmiyyətli qanunu kifayət qədər icra olunmur. Yenə də siqaretlərin tək-tək satışı davam edir. Azərbaycan düşünürəm ki, dünyanın ən çox siqaret çəkən ölkələrindən biridir. 
Qardaş Türkiyədə də siqaret çox çəkilir. Filippində siqareti demək olar ki çəkmirlər, marketlərdə siqaretləri görmək olmur. Tayland kimi turist ölkəsində siqaret çəkənlər kötüyünü yerə atmır. İtaliyada siqaret çəkməkdə böyük məhdudiyyətlər var.
Azərbaycanda isə bu çox geniş yayılıb.  Üstəlik, Azərbaycanda külli miqdarda siqaret kontrabandası var. Qaçaqmal siqaretlərə görə Azərbaycan büdcəsinə ildə 20 milyon dollar zərər çəkir. Siqaret məişət narkomaniyasıdır, insanlar bundan uzaq olmalıdırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri