Icma.az
close
up
RU
Bazarlarda vəziyyət necə olacaq? “Bu, hələ başlanğıcdır”

Bazarlarda vəziyyət necə olacaq? “Bu, hələ başlanğıcdır”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biznes idarəçilik prinsiplərinin ABŞ-də dövlət idarəçiliyinə tətbiq edilməsindən sonra səhm bazarlarında ciddi bir enişlər gözlənilən idi. Bu, hələ başlanğıcdır. Hazırkı mərhələdə bu vəziyyət daha çox davranış iqtisadiyyatı çərçivəsində izah olunur. Qorxu, qeyri-müəyyənlik və sürü psixologiyası səhm bazarında yaranan təlaşı artırır. Belə vəziyyətlərdə bazar iştirakçıları riskli aktivlərdən uzaqlaşıb nağd pula və daha təhlükəsiz sayılan qızıla, eləcə də dah aetibarlı olan dövlət istiqrazlarına üz tuturlar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, prosesin nə qədər davam edcəyi barədə fikrini səsləndirib: 

“Əgər gərginliklər artarsa, bu çöküş davam edə bilər, amma dalğavari. Bu isə daha çox ABŞ və qarşı ölkələr arasında bu gün davam edən və yaxın günlərdə aparılacaq müzakirələrin nətixəsindən çox asılı olacaq. Hazırda 50-dən çox ölkə ABŞ-dən “daşı ətəyindən tökməyi” xahiş edib.Əgər ABŞ daşı ətəyindən töksə, qısa müddətdə stabilləşmə ola bilər, daha sonra itirilmiş dəyərlərin bərpası tədricən mümkündür. Lakin hazırkı şəraitdə bu real görünmür. Buna görə də digər böyük oyunçular da qlobal ticarətə dair proteksionist siyasətləri gücləndirə bilərlər. Bu zaman enişlər dərinləşə bilər”. 

O qeyd edib ki, bu situasiyada həm fürsət, həm də risk var:

“Qısa müddətli dövr üçün risk bolluğu yaşansa da, uzunmüddətli dövr üçün fürsətlər yaranır. Bu baxımdan hazırda davranış iqtisadiyyatının “overreaction” (aşırı reaksiya) və “herd behavior” (sürü davranışı) elementləri müşahidə edilir. Belə vəziyyətə qorxu ilə reaksiya verənlər satış edəcək, amma rasional analiz edənlər üçün “alım fürsəti” yaranacaq. Bir sözlə, hazırda panikaya qapılıb heç bir səhmi, hansısa digər qiymətli kağızı, eləcə də kriptovalyutanı satmaq doğru deyil. Amma almaq olar, lakin bütün vasaitlə deyil, ehtiyatla, hissə-hissə almaq daha məsləhətdir. Çünki enişin bir qədər də davam etməsi mümkündür. Lakin bütün hallarda eniş düzxətli yox,qısa müddətdə dalğalanmalar davam edə bilər”. 

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see304

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see271

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see251

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see243

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see230

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see222

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see220

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see213

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see213

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see212

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see210

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see205

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see199

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see199

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see197

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see185

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see185

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see182

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri