Icma.az
close
up
RU
BDU da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib VİDEO

BDU da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib VİDEO

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri”nin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Gəncləri Günü gənc nəslə daim böyük diqqət və qayğı ilə yanaşmış, dövlətin gənclər siyasətinin təməlini qoymuş və bu siyasəti Azərbaycanın inkişafının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 28 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilən Gənclər Günü kimi təqvimdə yer alır. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə Beynəlxalq Gənclər Günü (12 avqust) elan edilib. Məhz Ümummilli Liderin imzaladığı fərman və sərəncamlar, qanunlar və dövlət proqramları gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və faydalı məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb.

Dövlətimizin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub: “Yetişməkdə olan nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, dövlətə və xalqa sadiqlik ruhunda formalaşması, hərtərəfli sosial müdafiəsi istiqamətində atılan addımlar buna bariz nümunədir. Bu gün ölkəmizdə bakalavr və magistr hazırlığını həyata keçirən dövlət və özəl ali təhsil müəssisələrində, eləcə də elmi təşkilatlarda 200 minə yaxın, 60-dan çox orta ixtisas təhsili müəssisəsində 60 mindən çox tələbə təhsil alır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında elmi biliklərə yiyələnir. Müxtəlif elm sahələrində elmi dərəcə və ad alan gənclərimizin də sayı artmaqdadır. Azərbaycanın gənc idmançıları olimpiya və dünya çempionatlarında uğurla çıxış edir, yüksək mükafatlara layiq görülürlər. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin təhsil almaları və məşğulluğu, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək bacarığına yiyələnməsi, gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi önəm verilir.

Müstəqil Azərbaycanın gəncləri Vətənə və xalqa sevgisi, dövlətə sadiqliyi, milli adət-ənənələrə bağlılığı ilə seçilən nəsildir. Ölkəmizin suverenliyini təmin etmiş böyük Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman gənclərimizin rəşadəti sayəsində əldə edilib”.

Rektor diqqətə çatdırıb ki, BDU uğurla həyata keçirilən gənclər siyasətinin gerçəkləşməsinə öz töhfəsini verməkdədir: “BDU-da tələbələrin elmi potensialının üzə çıxarılmasında mühüm rol oynayan Tələbə Elmi Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Elmi Cəmiyyəti, gənclər siyasətinin və könüllülük fəaliyyətinin təşviqini həyata keçirən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatı gənclərin inkişafında, tələbələrin ictimai fəallığının artırılmasında xüsusilə fərqlənir. Son illər BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin, Xarici Dil Mərkəzinin fəaliyyətə başlaması, “Code for Future” layihəsinin həyata keçirilməsi tələbələrin bilik və bacarıqlarını daha da artırır, onların fərdi istedadlarının üzə çıxarılmasına əlverişli şərait yaradır. Məhz bunun nəticəsidir ki, BDU tələbələrinin komandaları son illər “TEKNOFEST” festivallarında mühüm nəticələr əldə edirlər. Ötən il BDU tələbələri nüfuzlu “Robotex Avrasiya” festivalında da ciddi uğur qazanıblar. 2024-cü ilin aprel ayında keçirilən bu festivalda BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub”.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışlarında Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.

Mərasimdə BDU-nun 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.

Daha sonra tədris göstəricilərinə görə fərqlənən və BDU-nun ictimai həyatında fəal iştirak edən 40 tələbəyə təşəkkürnamələr təqdim olunub.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri