Icma.az
close
up
RU
AKTİ Azərbaycan Gəncləri Gününə həsr edilmiş silsilə tədbirlər keçirib

AKTİ Azərbaycan Gəncləri Gününə həsr edilmiş silsilə tədbirlər keçirib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 fevral, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin gənclərin cəmiyyətdə fəal iştirakının təmin olunması məqsədi ilə irəli sürdüyü təşəbbüslər bu sahədə dövlət siyasətinin əsasını təşkil edib. Məhz bu siyasi xəttin nəticəsi olaraq gənclər üçün açıq dialoq və müzakirə mühitinin formalaşdırıldığı ilk forumun keçirildiyi tarix 1997-ci ildən etibarən ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu ənənə gənclər siyasətinin Azərbaycan dövlətinin sosial inkişaf strategiyasında və insan kapitalının gücləndirilməsində prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib.

AKTİ-dən AZƏRTAC-a verilən məlumata görə, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər və əklil qoyublar.

İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək məqsədilə Bakı Konqres Mərkəzində “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” həyata keçirilib. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş forumda dövlət rəsmiləri, AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri iştirak ediblər. Forum zamanı gənc regional nümayəndələr və bir qrup könüllü gənclər Gənclər Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.

Silsilə tədbirlər çərçivəsində Bakı Dövlət Universitetində Gənclər Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisi olub.

Bundan əlavə, AKTİ və “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə “Könüllülər birliyi” layihəsi həyata keçirilib. Azərbaycan Könüllüləri “Könüllü DOST”larla birlikdə DOST mərkəzinə müraciət edən vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, rəy sorğularının keçirilməsində iştirak edib. Daha sonra Azərbaycan Könüllüləri təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif olunublar.

Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, AKTİ-nin tərəfdaşlığı ilə gənclər festivalı “GəncLand”, ölkənin ən böyük fərdi intellektual yarışı “Gəncİntellekt”, ideyaton “GəncVizyon” və motivasiya platforması olan “GəncTalks” layihələri həyata keçirilib.

“Əminliklə qeyd etmək olar ki, ölkəmizdə gənc nəslin cəmiyyətin fəal və layiqli üzvü kimi formalaşması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan gəncliyinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu siyasətin mərkəzində gənclərə göstərilən xüsusi diqqət və qayğı dayanır. Prezident İlham Əliyevin gənclərə olan etimadı və dəstəyi onların cəmiyyətdə fəal iştirakını stimullaşdıran əsas amillərdəndir. Dövlətimizin başçısının gənclərlə bağlı səsləndirdiyi səmimi fikirlər dövlət–gənclər münasibətlərinin yüksək səviyyədə qurulduğunun bariz göstəricisidir. Bu gün hər bir Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq proseslərində gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhu, dövlətə və milli dəyərlərə bağlılığı onların bu tarixi prosesdə də üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərinə əsas verir”, - deyə məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri