BDU da Azərbaycan radiosuna həsr olunmuş seminar keçirildi FOTO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün BDU-nun Jurnalistika fakültəsində Azərbaycan radiosunun 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Moderator.az xəbər verir ki, seminarı giriş sözü ilə açan Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli müasir dövrün KİV sistemində radionun özəllikləri bə yeni çağırışlar barədə danışıb. Sonra həmin kafedranın müəllimi, filologiya elmləri doktoru, professor Sevil Həsənova "Azərbaycan radiosu 100 illiyin astanasında: rəqəmsal media mühitində raionun inkişaf meyilləri" mövzusunda məruzə edib.
Prof. S.Həsənova radionun 100 illik tarixi kontekstində onun cəmiyyətin informasiya təminatında oynadığı rola toxunub. Rəqəmsallaşma dövründə radionun ənənəvi funksiyalarını qorumaqla yanaşı, internet radio, podkastlar və mobil tətbiqlər kimi yeni formatlarda auditoriya ilə ünsiyyət imkanlarını genişləndirdiyini bildirib.
Seminarda tələbələrin "Bulaq" verilişi, "Bəxtiyar Vahabzadə 100 il", "Hüseyn Cavid Qız məktəbində” adlı süjetləri təqdim edilib.
Seminarda çıxış edən müəllim və tələbələr mövzu ilə bağlı çıxış edərək radionun inkişaf perspektivləri barədə fikir və melahizələrini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 04 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















