Icma.az
close
up
RU
BDU da Beynəlxalq konfransın əsas sessiyasının açılışı olub FOTOLAR

BDU da Beynəlxalq konfransın əsas sessiyasının açılışı olub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransın əsas sessiyasının açılışı keçirilib.

"Unikal" xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb. Sonra Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin məzarı ziyarət edilib.   

Tədbirin açılışında Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş olunub.

BDU rektoru Elçin Babayev milli mətbuatın 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Rektor bildirib ki, “Konstitusiya və Suverenlik İli”ndə və Zəfərimizin 5-ci ildönümündə Azərbaycan milli mətbuatının da 150 illik yubileyinin geniş şəkildə qeyd olunması xüsusi tarixi əhəmiyyət daşıyır. Çünki müstəqil dövlət qurmaq və ədalətli cəmiyyət formalaşdırmaq ideyası tarixən xalqımızın başlıca məqsədlərindən biri olub. Bu yüksək məqsədlərin həyata keçirilməsində milli mətbuatın xüsusi rolu var. Böyük şəxsiyyət Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında və ictimai düşüncənin inkişafında müstəsna rol oynayıb. “Əkinçi” ilə başlanan yeniləşmə və maarifçilik hərəkatı sonrakı dövrlərdə yeni ideyalarla zənginləşib, milli mətbuat ölkənin ictimai fikir tarixinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə söz və mətbuat azadlığının təmin olunmasında, fikir plüralizminin formalaşmasında və inkişafında müstəsna xidmətləri olub. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla Azərbaycanda mətbuat üzərində senzura tamamilə ləğv edilib, bununla da milli mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulub. Hazırda öz tarixi inkişafının mühüm mərhələsini yaşayan, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, qalib Azərbaycanda söz, fikir və informasiya azadlığı demokratik prinsiplərin təməl daşları olaraq güclü bir şəkildə möhkəmləndirilib. Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini və dövlətçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medianın inkişafına hərtərəfli şəraitin yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə medianın azad və sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Bu sahənin maddi-təşkilati və hüquqi bazası möhkəmləndirilib, Medianın İnkişafı Agentliyi təsis edilib, “Media haqqında” qanun qəbul olunub. Jurnalistlərin sosial məsələlərinə olan diqqət artırılıb və onların rifah halının yaxşılaşdırılması üçün davamlı tədbirlər görülüb: “Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən müasirləşmə siyasəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı və sürətli quruculuq işləri, cəmiyyətin bütün sahələrində həyata keçirilən əhatəli inkişaf və transformasiya prosesləri, ölkəmizin qlobal informasiya məkanına daxil olması dövlət və ölkədaxili sosial institutlar qarşısında yeni vəzifələr müəyyənləşdirib. “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizdə media və jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərinin, müasir çağırışların və mövcud trendlərin dərin təhlilini aktuallaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan yeni vəzifələrin müəyyənləşdirilməsi zərurətini də ortaya qoyur. Mövcud çağırışlar xüsusilə də jurnalistika təhsilinin məzmun və forma baxımından yenilənməsini, müasir tədris texnologiyalarının tətbiqini və bu sahədə institusional potensialın gücləndirilməsini zəruri edir. Bu baxımdan ölkə mediası üçün peşəkar jurnalist kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi Bakı Dövlət Universiteti qarşısında mühüm vəzifələr dayanır. Universitet jurnalistika təhsilinin məzmun və strukturunun yenilənməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə tədris prosesinin müasirləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Hazırda BDU-da jurnalistika sahəsində yüksək ixtisaslı professor-müəllim heyəti fəaliyyət göstərir. Tələbələrin praktik vərdişlərə yiyələnməsi məqsədilə Universitetdə müxtəlif dövlət və özəl media qurumları ilə sıx əməkdaşlıq edilir. Belə ki, MEDİA, Audiovizual Şura, Mətbuat Şurası, AZTV, AzərTac, “ARB 24”, “REAL TV”, “Xalq qəzeti” və digər nüfuzlu təşkilatlar və media qurumları ilə davamlı olaraq birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıqlar çərçivəsində tədris prosesinə müasir təlim metodları və texnologiyaları tətbiq edilərək, tələbələrin praktiki biliklərinin daha da inkişaf etdirilməsi təmin olunur. Jurnalistika sahəsində aparılan islahatların ali təhsil sistemi ilə effektiv şəkildə uzlaşdırılması, innovativ tədris metodlarının tətbiqi və müasir medianın çağırışlarına uyğun kadr hazırlığının təşkili BDU-nun qarşısında duran əsas vəzifələr sırasında mühüm yer alır. Universitetin bu istiqamətdə həyata keçirdiyi kompleks və məqsədyönlü tədbirlər milli mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

Üsküdar Universitetinin rektoru Nazife Güngör qeyd edib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bütün sahələrdə güclərini birləşdirməsi lazımdır: “Türkiyə və Azərbaycan arasındakı əlaqələr siyasi və iqtisadi sahə ilə yanaşı, elm, təhsil, mədəniyyət və digər sahələrdə də çox önəmlidir. Bunlar bizi çağdaş dünyaya inteqrasiya edən, gələcəyimizi formalaşdıran əsas amillərdəndir”. Onun sözlərinə görə, Üsküdar Universiteti və Bakı Dövlət Universiteti birgə addımlar ataraq ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyi qarşıya məqsəd qoyub: “Azərbaycanın və Türkiyənin müstəqillik hekayələri bir-birinə çox bənzəyir. Çünki bizim köklərimiz, tariximiz və mədəniyyətimiz ortaqdır. Bu ortaq kimlik bizi bir ailə kimi yaxınlaşdırır və təhsildə atdığımız hər bir addımı daha da mənalı edir. Konfransda Türkiyə və digər ölkələrdən 100-dək, onlayn olaraq 200-dən çox məruzəçi iştirak edir. Bu, elm, təhsil və araşdırma sahəsində dinamik əməkdaşlığın sürətlə genişlənməkdə olduğunu göstərir”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Əkinçi” qəzetinin fəaliyyətə başlamasının həmin dövr üçün böyük fədakarlıq olduğunu deyib. O bildirib ki, XX əsrin əvvəllərində də, sovet dövründə də “Əkinçi” ənənələri davam edib: “1991-ci ildən sonra ölkəmizdə media orqanlarının sayı artmağa başladı. Azərbaycan mətbuatı tarixində ən əlamətdar hadisələrdən biri isə 1998-ci il avqustun 6-da baş verdi. Həmin gün Ümummilli Lider Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu, mətbuatın inkişafı istiqamətində mühüm addım oldu və sonrakı illərdə də ardıcıl fəaliyyət davam etdirildi. Bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman müstəqil dövlət üçün müstəqil medianın vacibliyini vurğulayır. Ölkəmizdə “Media haqqında” yeni qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması da Prezidentin bu sahədə apardığı siyasətin nəticəsidir”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxışlarında milli mətbuatımızın 150 illik tarixinin yalnız keçmişi anmaq üçün deyil, həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaratdığını bildiriblər. Qeyd olunub ki, konfransda səsləndirilən fikirlər, müzakirə edilən mövzular Azərbaycan jurnalistikasının gələcək inkişaf istiqamətlərinə töhfə verəcək.
Sonra BDU-nun “Media problemləri” elmi-nəzəri və analitik jurnalının ilk sayı təqdim olunub. Jurnalın redaktoru, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli jurnalın müasir medianın çağırışlarını, problemlərini elmi müstəvidə təhlil edəcəyini, qarşıda dayanan əsas tendensiyaların müzakirə olunacağı platformaya çevriləcəyini qeyd edib.  
Sonda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə nümayiş olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see122

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see122

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see122

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri