Icma.az
close
up
RU
BDU da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf mövzusunda dəyirmi masa keçirilib

BDU da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf mövzusunda dəyirmi masa keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Tədbirdə çıxış edən universitetin rektoru Elçin Babayev qeyd edib ki, bəşəriyyət bütün tarixboyu dahi şəxsiyyətlərin, böyük sərkərdələrin əldə etdikləri şanlı zəfərlərə şahidlik edib. Zəngin dövlətçilik ənənələri olan Azərbaycan tarixində də taleyüklü ən mühüm və əlamətdar hadisələrdən biri 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədir. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda apardığımız haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi Zəfər təkcə ölkəmizin deyil, ümumilikdə regionun inkişafında yeni bir səhifə açıb: “Bu Zəfər ölkə Prezidentinin siyasi iradəsi və qətiyyəti, Vətənin hər qarışı uğrunda canından keçməyə hazır olan igidlərimizin misilsiz fədakarlığı sayəsində, şəhidlərimizin qanı və canı hesabına qazanılıb. Böyük Qələbəyə imza atmaqla Azərbaycan əsgəri, hər şeydən əvvəl, uzun illər işğal altında olan ərazilərdə amansızlıqla qətlə yetirilmiş və işgəncələrə məruz qalmış soydaşlarımızın qisasını almış oldu. Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin Vətən torpaqlarının işğaldan azad edilməsi, bölgədə sülh və əmin-amanlığın bərqərar olunması ilə bağlı arzu və istəklərini ləyaqətlə gerçəkləşdirdi. Prezident İlham Əliyevin müdrik və uzaqgörən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan möhkəm və qüdrətli dövlətə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrildi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü Azərbaycanın müxtəlif sahələrdə yaşadığı geniş inkişafın, sabitliyin və uğurların geniş spektrini əhatə edir. Bu illər ərzində ölkəmiz təkcə regional bir qüvvə kimi deyil, həm də qlobal miqyasda nüfuzlu bir dövlət kimi qəbul edilib. Siyasi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilən siyasət Azərbaycanı müasir dövrün tələblərinə uyğunlaşdırıb, milli qüruru yüksəldib, gələcəyə inam aşılayıb”.

Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi sabitliyin nümunəvi modelinə çevrilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri qətiyyətlə davam etdirilib, ölkədə hüquqi dövlətin formalaşması, demokratiya institutlarının gücləndirilməsi və milli birliyin təmin edilməsi kimi prioritetlər ön plana çıxarılıb. Bu siyasət nəticəsində Azərbaycan daxili konfliktlərdən uzaq, sabit inkişaf yolu tutub, xalqın iradəsi ilə idarə olunan güclü bir dövlət strukturu qurub. Beynəlxalq arenada ölkəmiz müstəqil xarici siyasət yürüdən, öz maraqlarını qoruyan və tərəfdaşlarına etibarlı olan bir aktor kimi tanınıb. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması və digər strateji məsələlərin həlli ilə bağlı irəli sürülən təşəbbüslərin və aparılan danışıqların nəticəsi olaraq, bu ilin avqustunda ABŞ Prezidentinin iqamətgahında rəsmi sənədlərin imzalanması danışıqlar masasında Azərbaycan diplomatiyasının möhtəşəm qələbəsinin birmənalı ifadəsidir: “Tarixi torpaqlarımızı azadlığa qovuşduran böyük Zəfər cəbhədə xalqımızın milli qeyrətinin və ordumuzun hərbi qüdrətinin təcəssümü, xalq, ordu və iqtidar birliyinin təzahürü idisə, müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin iqtisadi qüdrətinin parlaq göstəricisidir”.

Rektor Elçin Babayev bildirib ki, Prezident İlham Əliyevin liderliyi Azərbaycanı sosial ədalətin və rifahın yüksək olduğu bir ölkəyə çevirib. Təhsil, səhiyyə, sosial müdafiə və gənclər siyasəti kimi sahələrdə həyata keçirilən islahatlar bunun bariz nümunəsidir: “Xüsusilə Qarabağda həyata keçirilən sosial proqramlar - məktəblərin, məscidlərin və mədəni abidələrin bərpası regionun mədəni və sosial canlanmasını təmin edib. Bu proseslər Qarabağı təkcə coğrafi deyil, həm də mədəni-milli birləşmənin simvoluna çevirib, Azərbaycan xalqının tarixi yaddaşını dirildib. Prezident İlham Əliyevin 22 illik möhtəşəm fəaliyyəti ümumilikdə Azərbaycanın transformasiyasını - sabitlikdən qüvvəyə, işğaldan azadlığa, maraqdan qlobal töhfəyə keçidini əks etdirir. Bu şanlı dövr Azərbaycan xalqına böyük inam və qürur aşılayaraq, gələcək nəsillərə bir uğur hekayəsini miras qoyur, bizi inamla parlaq gələcəyə aparır”.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Azərbaycan dövlətçiliyində Heydər Əliyev mərhələsi”, Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğu siyasəti və qələbə strategiyası”, BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Xalid Niyazov “Konstitusiya və Suverenlik İli” – müasir Azərbaycan dövlətçiliyinin konseptual mərhələsi”, Dünya iqtisadiyyatı kafedrasının dosenti Habil Aslanov isə “Azərbaycanda sosial-iqtisadi inkişafın nəticələri və gələcək hədəflər” mövzularında məruzə ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük Zəfərlə həm regionda, həm də beynəlxalq aləmdə böyük dəyişikliklərin əsasını qoyub. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, dayanıqlı inkişafının təmin olunmasına, beynəlxalq səviyyədə inam və etimad məkanına çevrilməsinə xidmət edib.

Tədbirin sonunda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixə yazılan Zəfər” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri