Icma.az
close
up
RU
Güclü dövlət, güclü Lider formulu Azərbaycanın davamlı uğurlarının əsasıdır

Güclü dövlət, güclü Lider formulu Azərbaycanın davamlı uğurlarının əsasıdır

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azad edilmiş ərazilərimizdə alovlanan Novruz tonqalları özündə mühüm çağırışları ehtiva edir.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri, doğma ocaqlarına qayıdan sakinlərlə görüşləri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasını şərtləndirən amillərə bir daha nəzər salmağı zərurətə çevirir. Son 4 ildən artıqdır ki, bu torpaqlarımız özünün çal-çağırlı dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin şanlı Qələbəmizdən ötən müddətdə hər il Novruz bayramını məhz azad edilmiş ərazilərdə qeyd etməsi, burada Novruz tonqalını alovlandırması hər birimizi qürurlandırır.
Bu il martın əvvəlində Ağdərə rayonunun Həsənriz kəndinə ilk sakinlər qayıtdı. Ümumiyyətlə, 30 illik işğal dövründə tamamilə dağıdılan, yerlə-yeksan edilən şəhər və kəndlərimiz yenidən qurulur, bərpa edilir, soydaşlarımız mərhələ-mərhələ bu torpaqlara qayıdaraq onlara yeni nəfəs verirlər. 30 il xalqımız, o cümlədən doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımız bu günü səbirsizliklə gözləyirdilər və əmin idilər ki, bu gün gələcək. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci il tarixində Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin miqyası bu gün ölçüyəgəlməzdir. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasına yönələn mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 18-də Ağdərə rayonunun Həsənriz, Umudlu, Suqovuşan kəndlərinə səfərləri diqqəti xüsusilə cəlb edir. Dövlət başçısı və birinci xanım səfər çərçivəsində Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşdülər, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında, Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində, həmçinin məscidin açılışında iştirak etdilər. Suqovuşan kəndində inşa olunan yaşayış kompleksində yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etdilər. Prezident İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim edərkən bir daha bildirdi ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin gücünü, qüdrətini, ordumuzun imkanlarını, xalqımızın birliyini, həmrəyliyini dünyaya təqdim etdi. Prezident İlham Əliyev hər bir çıxışında, görüşlərində bu məqamı xüsusi qeyd edir ki, Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Bu kəndin əhəmiyyəti təkcə bununla məhdudlaşmır. Çünki bunun çox böyük strateji əhəmiyyəti var. Bu kəndin ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm də böyük qəhrəmanlıq, fədakarlıq tələb edirdi. Hərbçilərimiz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimiz növbəti zəfərlərə yol açdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn müddəaları qarşı tərəfin icra etməməsi, daim hərbi təxribatlara cəhdlər göstərməsi Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir günlük antiterror tədbirlərini həyata keçirməsini şərtləndirdi. Bir sutkadan da az davam edən lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin və suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımları sırasında şəhər günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın yeni dövrünün başlanğıcı kimi dəyərləndirilən 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi.
Suverenliyimizin bərpasından sonra çox qısa zamanda, ötən ilin mayında Xocalı şəhəri sakinlərinə qovuşdu, bu il isə Ağdərə rayonunun Həsənriz kəndi bu sevinci yaşadı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kənddə Novruz tonqalını alovlandırdılar. Ötən il bu sevincli, xoşbəxt günü Xankəndi şəhəri yaşadı. Xankəndi şəhərindəki Zəfər meydanında tonqalı alovlandıran Prezident İlham Əliyev bildirdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün yeni siyasi və hərbi həll yolu ortaya qoydu. Dövlət başçısı İlham Əliyev sözügedən səfər çərçivəsində sakinlərlə görüşündə də vurğuladı ki, bu, uzun bir proses idi. İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Həm İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərdilər. İndi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir.
Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizi təmin edən faktorlar Azərbaycanın iqtisadi gücü, siyasi və diplomatik müstəvidə qələbələri, güclü ordu quruculuğu, milli həmrəylik və sairdir. Güclü dövlət, güclü Lider formulu Azərbaycanın davamlı uğurlarının əsasıdır. Ümummilli Lider Heydər Əliyevin yaratdıcı möhkəm təməl üzərində Azərbaycanı uğurla inkişaf etdirən, o zirvələrə aparan Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması hədəfinə doğru addımladı. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində Vətən müharibəsində qələbəyə böyük əminlik ifadə olunaraq Azərbaycanın Zəfərdən sonrakı mənzərəsi təqdim edilirdi. Bu əminliyə əsas verən Zəfəri təmin edəcək bütün amillərin mövcudluğu idi. Bu gün qürurla azad edilmiş Qarabağımızın və Şərqi Zəngəzurumuzun cənnət məkana çevrilməsindən bəhs edirik. Dövlət başçısı İlham Əliyevin Suqovuşan kənd sakinləri ilə görüşündə qeyd etdiyi kimi, ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Vaxtilə “Qarabağ Ermənistandır” deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!” Öz xoşu ilə yox, “dəmir yumruğ”un hesabına deyir.
Millət vəkili bu əminliyi ifadə edib ki, bundan sonra da soydaşlarımızın qayıdış ünvanlarının sayı artacaq. Novruz tonqallarını bütün azad edilmiş ərazilərimizdə alovlandırmaqla bir daha bütün dünyaya bu mesajı çatdırırıq ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://demokrat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see655

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see136

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see133

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see126

ABŞ husilərə şərt qoydu

18 Mart 2025 01:49see124

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see122

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see122

Antarktidada dəhşət Alim yırtıcı ya çevrildi!

17 Mart 2025 21:59see121

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see120

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see119

Ramazanda dondurma yeyin

18 Mart 2025 04:00see117

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see117

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see117

Haber Global : Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

17 Mart 2025 23:51see116

Tramp İranı hədələdi

17 Mart 2025 21:55see116

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see116

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

18 Mart 2025 02:33see115

Bölgə klubundan ayrılan baş məşqçinin yeni iş yeri məlum oldu

17 Mart 2025 23:15see112

Uşağa nar vermək təhlükəsizdirmi?

18 Mart 2025 08:04see112

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar

18 Mart 2025 07:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri