Güclü liderlik və davamlı inkişaf FOTOLAR
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
09 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Dağ Kəsəmən kənd” və “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov Prezident İlham Əliyevin qurultaydakı nitqinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb. Qeyd edib ki, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi və iqtisadi inkişafın davam etdirilməsi qarşıdakı dövrün mühüm prioritetlərindəndir.
Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Solmaz Nağıyeva, “Dağ Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri İbrahim Qiyasbəyov, Dağ Kəsəmən kənd 1 №-li tam orta ümumtəhsil məktəbin müəllimləri Fatma Ayralova və Elmira Heydanov, Dağ Kəsəmən kənd Mədəniyyət evinin müdiri Fəridə Dəmirova bildiriblər ki, müasir dövrdə informasiya təhlükəsizliyinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və Azərbaycan həqiqətlərinin ictimaiyyətə düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəmizin inkişafı, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində üzərinə düşən məsuliyyəti dərk etməli, fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalıdır.
Baxış sayı:97
Bu xəbər 09 Oktyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















