Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

BDU da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

BDU da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin birgə təşkilatçılığı ilə BDU-da Konfutsi İnstitutunun fəaliyyətə başlamasının 15 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan rektor Elçin Babayev BDU-da Konfutsi İnstitutunun 2011-ci ilin aprel ayında xaricdə Çin dilinin tədrisi üzrə ixtisaslaşmış Hanban təşkilatının dəstəyi, Bakı Dövlət Universiteti və Anhui Universitetinin tərəfdaşlığı əsasında yaradıldığını söyləyib. Onun sözlərinə görə, institut ötən 15 il ərzində Azərbaycanda Çin dilinin təhsili və mədəni mübadilə sahəsində mühüm mərkəzə çevrilib: “Bu gün biz yalnız bir qurumun yubileyini deyil, həm də Azərbaycan və Çin arasında, eləcə də Bakı Dövlət Universiteti ilə Anhui Universiteti arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın 15 illik uğurlu tarixini qeyd edirik. Bu müddət ərzində minlərlə tələbə, tədqiqatçı və vətəndaş institutun fəaliyyətində iştirak edib. Bu fəaliyyətlərə Çin dili kursları, HSK (Çin dili bilik səviyyəsi imtahanı) hazırlıq proqramları, müəllim hazırlığı, danışıq klubları, mədəni tədbirlər və akademik mübadilə proqramları daxildir”.

Rektor bildirib ki, Konfutsi İnstitutu bu gün Azərbaycan ilə Çin arasında mədəni körpü rolunu oynayır. İnstitut Azərbaycan gənclərinin Çin dili, tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaqla yanaşı, Azərbaycan mədəniyyətinin Çində tanıdılmasına da töhfə verir.

Elçin Babayev süni intellekt, bərpaolunan enerji, ətraf mühit tədqiqatları, rəqəmsal texnologiyalar, birgə elmi layihələr və akademik mobillik istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib: “Əminəm ki, qarşıdakı on beş il daha böyük uğurlar və yeni nailiyyətlərlə yadda qalacaq. Konfutsi İnstitutu bundan sonra da dialoqun, qarşılıqlı anlaşmanın və akademik mükəmməlliyin təşviqinə xidmət edəcək. Konfutsi fəlsəfəsinin ruhuna uyğun olaraq vurğulamaq istəyirəm ki, təhsil anlaşma, anlaşma isə harmoniya yaradır. Məhz bu prinsip son 15 il ərzində əməkdaşlığımıza rəhbərlik edib və gələcəkdə də yol göstəricimiz olacaq”.

Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao BDU ilə Konfutsi İnstitutu arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq bildirib ki, iki ölkə arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Təhsil, elm, texnologiya, innovasiya və mədəni mübadilə sahələrində əlaqələr dinamik şəkildə genişlənir, qarşılıqlı faydalı əməkdaşlıq yeni layihələrlə zənginləşir. Müşavir universitetlərarası əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin və birgə elmi tədqiqatların gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra Anhui Universitetinin vitse-prezidenti Huanq Çısyan tədbirdə çıxış edib. O bildirib ki, iki ölkənin ali təhsil müəssisələri arasında tərəfdaşlıq tələbə və müəllim mübadiləsinin genişlənməsinə, elmi əlaqələrin möhkəmlənməsinə və yeni birgə təşəbbüslərin reallaşmasına şərait yaradır.

Tədbirdə Çin Beynəlxalq Təhsil Fondunun baş katibi Zhao Lingshanın videomüraciəti nümayiş olunub. O, beynəlxalq təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Çin arasında təhsil sahəsində əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Mərasim bədii hissə ilə davam edib. Proqram çərçivəsində Azərbaycan və Çin dillərində mahnılar səsləndirilib, xor və solo ifalar təqdim olunub, Çin ənənəvi fan, qılınc, qrup və bambuk rəqsləri nümayiş etdirilib. Həmçinin müxtəlif püşkatmalar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Sonda isə Konfutsi İnstitutunun fəaliyyətinin 15 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Müxbir – Nərmin Murad

Fotoqraf – Nicat Haşımov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri