Icma.az
close
up
RU
ADUnun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib AZƏRTAC

ADUnun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 dekabr, AZƏRTAC

İki təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun çinli müəllimləri və çinşünas tələbələri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksində olublar.

Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, qonaqlar Təhsil Kompleksinin tərkibindəki STEAM mərkəzi ilə tanış olub, şagirdlərlə müxtəlif maraqlı mövzularda söhbət ediblər. Şagirdlərin təqdim etdiyi “110 kitab” layihəsi də qonaqların diqqətinə çatdırılıb.

Sonra müəllim və tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyinə baş çəkiblər. Görüşdə Cin təhsil sistemi, Konfutsi İnstitutunun təqaüd proqramları haqqında şagirdlərə geniş məlumat verilib, onların sualları cavablandırıb.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxışında Çinin tarixi İpək Yolunun dirçəldilməsi üzrə qlobal “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində tədqiqatlar üzrə ixtisaslaşmış Konfutsi İnstitutunun elmi, tədris və ictimai maarifləndirici fəaliyyətindən danışıb. Qeyd edib ki, görüş ADU-nun tərəfdaş Huçjou Universitetinin yerləşdiyi Çinin Huçjou şəhərinin İbtidai və Orta Təhsil Departamenti ilə əməkdaşlıq proqramının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

R.Abbasov ADU-nun Konfutsi İnstitutu tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin və əməkdaşlığının inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev iki qədim xalq arasında dostluğun müasir davamçısı” və “Heydər Əliyev və Çin” kitablarının Çin dilində çap edildiyini diqqətə çatdırıb. İnstitutun direktoru, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin müasir dövlət idarəçiliyi konsepsiyası və siyasi strategiyasına həsr olunmuş ictimai çıxışlarının əsas tezisləri ilə Azərbaycan dilində materiallar toplusunun və Azərbaycan tarixində ilk Çin dili dərsliyinin nəşr olunduğunu bildirib.

Vurğulanıb ki, bu ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, müəllim mübadiləsinin inkişafına, həmçinin Konfutsi institutlarının inkişafına dəstək göstərilməsi zərurəti qeyd olunur.

Təhsil Kompleksinin şagirdləri Çin mədəniyyəti ilə bağlı viktorinada da iştirak ediblər. Qaliblər Konfutsi İnstitutunun kurslarında Çin dilini pulsuz öyrənmək hüququ qazanıblar.

Tədbirin sonunda Konfutsi İnstitutunun müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər. Çinin xalq romantik mahnıları və melodiyaları səsləndirilib, klassik rəqsləri ifa olunub. Həmçinin xəttatlıq və kağız sənəti üzrə ustad dərsləri təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri