Icma.az
close
up
RU
ADU nəzdində Konfutsi İnstitutunun nümayəndələri Tolerantlıq Evini ziyarət ediblər

ADU nəzdində Konfutsi İnstitutunun nümayəndələri Tolerantlıq Evini ziyarət ediblər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun ölkəmiz tərəfdən direktoru Rafiq Abbasov, institutun Çin tərəfdən direktoru xanım Li Jihua və institutun müəllimləri Tolerantlıq Evində olublar.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva Evin yaradılması, əsas fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlmiş, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Tolerantlıq Evinin ölkəmizdə mövcud olan tolerant dəyərlərin, müxtəlif dinlər arasında qarşılıqlı hörmət və harmoniyanın təbliği baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Konfutsi İnstitutunun əməkdaşları Tolerantlıq Evinin konsepsiyası, fəaliyyətinin məzmunu və müxtəlif icmalar arasında dialoqun və birgəyaşayış ənənələrinin təşviqində oynadığı rola xüsusi maraqla yanaşıblar.

Rafiq Abbasov müzakirələr zamanı Konfutsi İnstitutunun təhsil və mədəniyyət sahələrindəki strateji hədəfləri ilə Tolerantlıq Evinin missiyasının uyğunluğuna diqqət çəkib. Tərəflər Tolerantlıq Evi ilə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanlarını dəyərləndiriblər. Tolerantlıq Evi ilə Konfutsi İnstitutu arasında gələcək əməkdaşlıq modelləri, ortaq elmi-mədəni proqramların təşkili, gənclər və tələbələr üçün mübadilə formatlarının işlənməsi, həmçinin tolerantlıq dəyərlərinin təbliği ilə bağlı təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xanım Li Jihua Azərbaycanın tolerantlıq siyasəti və bu sahədə təcrübəsini yüksək qiymətləndirib, Tolerantlıq Evində qarşılaşdığı mənəvi rahatlıq atmosferinin Azərbaycandakı sülh və sabitliyin bir təzahürü olduğunu vurğulayıb.

Sonda Tolerantlıq Evinin fəaliyyəti yüksək dəyərləndirilib, gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri