Icma.az
close
up
RU
BDU da Materialşünaslıq elmi tədqiqat laboratoriyasının açılışı olub

BDU da Materialşünaslıq elmi tədqiqat laboratoriyasının açılışı olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Tədbirdə rektor Elçin Babayev BDU-da son illər elmi-tədqiqat infrastrukturunun möhkəmləndirilməsi, gənclərin elmi tədqiqatlara cəlb edilməsinin genişləndirilməsi ilə bağlı sistemli işlərin görüldüyünü bildirib. O qeyd edib ki, yeni açılan Materialşünaslıq elmi-tədqiqat laboratoriyası da BDU-da kimya sahəsi üzrə aparılan elmi tədqiqatlara öz töhfəsini verəcək, universitet-sənaye əlaqələrini genişləndirəcək.

Materialların hazırlanması və tədqiqi üçün zəruri olan müasir avadanlıqlarla – Almaniya istehsalı “Bruker D8 ENDEAVOR” toz kristallar üçün rentgen difraktometri və bərk maddələr üçün “S6 Jaguar” masaüstü dalğa-dispersiyalı rentgen flüoressent spektrometri (WD XRF) ilə təchiz edilmiş laboratoriya müxtəlif texnologiyalarla alınmış elmi-tədqiqat materialları, habelə mədən süxurları, tikinti materialları, sənaye tullantıları, neft tullantılarında qum fraksiyalarının və s. element analizi, quruluşunun öyrənilməsi və tədqiqinə imkan verir.

Laboratoriyada istifadə edilən rentgen diffraktometri toz halında olan kristallik quruluşlu maddələrin keyfiyyət (faza analizi) və kəmiyyət tərkibini hesablamağa, maddədəki kristallitlərin ölçülərini, gərginlik və deformasiya dərəcələrini müəyyənləşdirməyə imkan yaradır. “S6 Jaguar” tipli spektrometr bərk maddələrin tərkibində flüordan (F) urana (U) qədər hər hansı elementi ppm-dən 100 faizə qədər konsentrasiya diapazonunda təyin edir. Laboratoriya tədqiqat nümunəsinin hazırlanması üçün zəruri avadanlıqlarla – müxtəlif növ üyüdücülər, nümunə quruducu sobaları, vakuumlu filtrasiya sistemləri, sentrafuqa, nümunə presləyici avadanlıqlar, vibrasiyalı ələklər ilə təchiz edilib. Regionda bir ilk olan bu cür hərtərəfli təchiz edilmiş laboratoriya materialşünaslıq və metallurgiya, geologiya və minerologiya, kimya və nanotexnologiya, inşaat materialları və sement sənayesində müxtəlif işlərin görülməsi, habelə müxtəlif elmi və sifariş əsaslı layihələrin yerinə yetirilməsinə imkan verəcək.

Laboratoriyanın fəaliyyəti üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi icazə və müvafiq sertifikatlar alınıb. İşçi personalın təhlükəsizliyinin təmin edilməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya işçilərinə təhkim edilən termolüminessensiya dozimetrlərinin mütəmadi nəzarəti aparılacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında yeni açılan laboratoriyanın ölkədə elm və təhsillə yanaşı, sənayenin inkişafında böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, bu, BDU-da elmi tədqiqatların keyfiyyətinin daha da artırılmasına, elmi işlərin kommersiyalaşdırılmasına da mühüm təsir göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri