BDU da Farmakoloji mikrobiologiya beynəlxalq elmi tədqiqat laboratoriyası yaradılır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə birgə Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə BDU Elmi şurası qərar qəbul edib.
Yeni laboratoriya Türkiyənin Koç Universiteti ilə də əməkdaşlıq edəcək.
Laboratoriyada müasir mikrobiologiya ilə farmakologiyanın kəsişməsində fundamental və tətbiq xarakterli tədqiqatlar aparılacaq. Müxtəlif sintetik və yarımsintetik birləşmələrin mikroorqanizmlərə, xüsusilə klinik və istinad (reference) bakterial ştamlara qarşı antimikrob təsirləri öyrəniləcək, bu birləşmələrin təsir mexanizmləri analiz ediləcək və yeni potensial antimikrob preparatların ilkin seleksiyası həyata keçiriləcək.
Eyni zamanda, laboratoriya təhsil və tədqiqat prosesinin inteqrasiyasına, qrant layihələrinin icrasına və elmi nəticələrin kommersiyalaşdırılmasına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















