Icma.az
close
up
RU
BDU da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib

BDU da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan jurnalistikası tarixi” fənni üzrə II kurs tələbələri tərəfindən hazırlanmış “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Milli mətbuat tarixi” auditoriyasında təşkil edilən açıq dərs “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransın sonuncu günündə Türkiyənin Üsküdar və Ankara universitetlərinin professor-müəllim heyətinin iştirakı ilə keçirilib. Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev milli mətbuat ənənələrinin öyrənilməsinin gənc jurnalistlərin yetişməsində mühüm rola malik olduğunu bildirib. Beynəlxalq konfrans çərçivəsində keçirilən bu dərs həm də Türkiyədən olan alimlərə milli mətbuat tariximiz haqqında geniş informasiya vermək baxımından böyük əhəmiyyətə malikdir.

Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışıb. 1875-1920-ci illər ərzində fəaliyyət göstərən 50-yə yaxın ana dilli mətbu orqanın milli mətbuatın inkişaf yolunun göstəricisi olduğunu deyib. Daha sonra tələbələr mətbuatımızın keçdiyi inkişaf yolu və tanınmış publisistlərin fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli milli mətbuatımızın incilərini özündə əks etdirən belə tələbə tədqiqatlarının təqdim edildiyi dərsin, yubiley ilinə ən böyük töhfələrdən olduğunu vurğulayıb. Bildirib ki, bu gün BDU-nun Jurnalistika fakültəsi yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən peşəkar jurnalist məktəbi rolunu oynayan əsas ali təhsil ocağıdır: “Fakültəmiz üzərinə düşən bu müqəddəs missiyanı yarım əsrdən çoxdur yerinə yetirir. Bu ənənə bundan sonra da davam etdiriləcək”.

Sonda qonaqlara fakültə tələbələrinin hazırladığı “Günəbaxan” jurnalı təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri