BDU da tələbələrin gələcək karyerası ilə bağlı seminar keçirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə BDU tələbələri üçün agentliyin əməkdaşı Jalə Bənnayeva tərəfindən “CV/rezüme və müsahibə hazırlığı” mövzusunda seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimçi CV və rezümenin hazırlanma qaydaları, oxşar və fərqli cəhətləri, yazı üslubu, CV-nin tərtibi zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verib. Qeyd edilib ki, işaxtaranın karyera tarixçəsi, onun professional keyfiyyətləri CV-də öz əksini tapır.
Təlim müddətində iş müsahibəsinə hazırlıq texnikaları, müsahibə zamanı davranış və təqdimat bacarıqları, iş müsahibəsinin növləri, müsahibə zamanı ilk təəssüratın, özünəinamın, bədən dilinin əhəmiyyətli rol oynadığı bildirilib.
Təlim tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 May 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















