Icma.az
close
up
RU
BDU da “Ölməz Lider” adlı tədbir keçirilib

BDU da “Ölməz Lider” adlı tədbir keçirilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən “İstiqlal” klubu və fakültə Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ölməz Lider” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-dan 525.az bildirilib ki, Tarix fakültəsinin tələbəsi Nərgiz Əkbərovanın hazırladığı və Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və tarixi xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb. İbrahim Zeynalov Ümummilli Liderin BDU-nun ən böyük məzunu olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağına diqqəti, qayğısı BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir.

Qədim dünya tarixi və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov Ulu Öndərin dünya siyasətində özünəməxsus yeri olan nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Liderin Azərbaycanın tarixi irsinə, milli kimliyinə və xalqın yaddaşına göstərdiyi xüsusi diqqət bu gün ölkənin elmi mühitində, xüsusilə tarixşünaslıq sahəsində böyük dönüş yaradıb.

Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev çıxışında Ulu Öndərin yalnız siyasi lider kimi deyil, həm də yüksək mədəniyyət daşıyıcısı, incəsənət və ədəbiyyata xüsusi önəm verən şəxs kimi tanındığını bildirib. O qeyd edib ki, Ulu Öndərin humanist lider obrazı Azərbaycan gəncləri üçün örnəkdir.

Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri Ulu Öndərin xatirəsinə həsr olunmuş şeir və mahnılar ifa ediblər.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri