Icma.az
close
up
RU
BDU da peptid təbiətli antibiotiklərin tətbiqi ilə bağlı araşdırmalar aparılır

BDU da peptid təbiətli antibiotiklərin tətbiqi ilə bağlı araşdırmalar aparılır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunan tədbirlər çərçivəsində “Peptid təbiətli antibiotiklərin tətbiq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Saib Güləhmədovun moderatorluğu ilə keçirilən dəyirmi masada fakültə rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantlar iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, qonaq məruzəçi, Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzinin direktoru Əli Quliyev mövzuya dair təqdimat edib, daha sonra müzakirələr aparılıb. Qeyd olunub ki, peptid təbiətli antibiotiklər mikroorqanizmlərə qarşı yüksək selektivlik və güclü antimikrob təsir xüsusiyyətlərinə malik perspektivli maddələr sırasına daxildir. Bu birləşmələr əsasən bakteriya hüceyrə membranının zədələnməsi və ya hüceyrədaxili hədəflərə təsir mexanizmi vasitəsilə fəaliyyət göstərir. Bu isə antibiotiklərə qarşı rezistentliyin formalaşma ehtimalının azalmasına şərait yaradır və onların alternativ terapevtik vasitə kimi əhəmiyyətini artırır.

Vurğulanıb ki, müasir dövrdə antibiotiklərə qarşı davamlılığın sürətlə artması peptid əsaslı preparatlara elmi marağı daha da gücləndirir. Peptidlər tibb sahəsi ilə yanaşı, baytarlıq və qida sənayesində geniş tətbiq imkanlarına malikdir. Bununla belə, onların sabitlik, potensial toksiklik və yüksək istehsal xərcləri kimi müəyyən məhdudiyyətlər də mövcuddur.

Gələcək tədqiqat istiqamətləri kimi peptidlərin struktur modifikasiyası, sabitliyin artırılması və yeni nəsil çatdırılma sistemlərinin işlənib-hazırlanması xüsusi vurğulanıb ki, bu da onların klinik praktikada tətbiq imkanlarını genişləndirə bilər.

Tədbirdə tədris prosesində bu istiqamət üzrə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, magistrant və doktorantların layihələrə daha fəal cəlb olunmasının vacibliyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Fevral 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri