Icma.az
close
up
RU
BDU da Qarabağ Zəfəri ilə bağlı ədəbi bədii nəşrlərə dair tədqiqatlar aparılır

BDU da Qarabağ Zəfəri ilə bağlı ədəbi bədii nəşrlərə dair tədqiqatlar aparılır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağ Zəfərinə dair ədəbi-bədii nəşrlər” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan mövzu üzrə məruzə edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məruzəçi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin beşinci ildönümü ilə bağlı ölkə üzrə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdikdən sonra müharibə və postmüharibə dövründə baş verən proseslər, dövlətimizin bu sahədəki siyasəti, Qarabağın tarixi, mədəniyyəti, elm, təhsil mühiti yeni elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi xüsusi aktuallıq kəsb edir: “Bu möhtəşəm qələbə çağdaş bədii ədəbiyyatın yeni mövzularla zənginləşməsinə səbəb oldu. Şair və yazıçılarımız müharibənin ilk günlərindən Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan dövlətinin gücü, ordumuzun məğlubedilməzliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında ədəbi əsərlər yazıb dərc etdirməyə başladılar”.

Məruzədə Xalq şairi Nəriman Həsənzadənin “Zəfər yolu”, Xalq şairi Vahid Əzizin “Heyrət səcdəsi”, Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Ramiz Duyğunun “Bir oğul istəyir Vətən”, Zahid Xəlilin “Dəmir Yumruq dastanı” poemaları, Aqil Abbasın “Dolu”, Nüşabə Məmmədlinin “Zəngulə”, Güllü Məmmədovanın “Fatehlərin zəfəri”, Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi” romanları tədqiqata cəlb edilib. Bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı rolu diqqətə çatdırılıb, həmin kitablar bədii-texniki tərtibat, dil-üslub xüsusiyyətləri və redaktor hazırlığı baxımından təhlil olunub. Tədqiqatda həmçinin tarixi Zəfərdən keçən beş il ərzində ölkə nəşriyyatlarının Qarabağ Zəfərinə dair ədəbi-bədii nəşrləri ad və tiraj göstəriciləri üzrə təqdim olunub. Bu əsərlərin Vətən müharibəsində xalqımızın şücaətinin, yenilməzliyinin əbədiləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, həmçinin müharibələrin sosial-fəlsəfi mahiyyətinin izahı, davamlı sülhə və rifaha çağırış missiyası baxımından əhəmiyyəti vurğulanıb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri