BDU da “DSpace” platformasının tətbiq imkanları haqqında elmi seminar keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Tədqiqat və akademik məzmunun idarə olunmasında “DSpace” platformasının tətbiq imkanları: ADA Universiteti Kitabxanasının təcrübəsi əsasında” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbirdə BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Əzizə Cəbiyeva məruzə ilə çıxış edib. Məruzə zamanı “DSpace” akademik platformasının əsas funksiyaları və üstünlükləri, akademik məzmunun açıq elmi mühitdə paylaşılması və müəllif hüquqlarının qorunması məsələləri diqqətə çatdırılıb.
Əzizə Cəbiyeva ADA Universiteti Kitabxanasının təcrübəsinə əsaslanaraq “DSpace” platformasının tətbiqi ilə bağlı layihələrdən və rəqəmsal elmi resursların qorunması mexanizmlərindən bəhs edib. O bildirib ki, platforma vasitəsilə müəllim və tələbələrin elmi işləri elektron mühitdə saxlanılır və açıq elmi mübadiləyə təqdim olunur. Məruzədə, həmçinin “DSpace”in texniki imkanları, informasiya təhlükəsizliyi və ali təhsil müəssisələrində tətbiq perspektivləri barədə məlumat verilib.
Seminarda “DSpace” platformasının ali təhsil müəssisələrində tətbiqi perspektivləri, informasiya təhlükəsizliyi, intellektual mülkiyyət hüquqlarının qorunması və beynəlxalq əməkdaşlıq imkanları kimi məsələlər də müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















