Icma.az
close
up
RU
BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 sentyabr, AZƏRTAC

Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2027-ci il üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını (“THE World University Rankings 2027”) açıqlayıb.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, reytinqdə qiymətləndirilən ali təhsil müəssisələrinin sayı son illərdə artaraq 2025-ci ildə 2092, 2026-cı ildə 2191, 2027-ci ildə isə 2297-yə çatıb. Bu dinamika ali təhsil müəssisələrinin beynəlxalq reytinqə marağının və qlobal akademik rəqabətin artdığını göstərir.

Bakı Dövlət Universiteti (BDU) “THE World University Rankings 2027”də əvvəlki illə müqayisədə mövqeyini daha da yaxşılaşdıraraq 31 pillə irəliləyib və 1601-1800 diapazonunda qərarlaşıb.

BDU-nun 2027-ci il nəticələrində diqqətçəkən məqam yalnız ümumi reytinq mövqeyinin yaxşılaşması deyil, həm də reytinqin ayrı-ayrı göstəriciləri üzrə nəticələrin əhəmiyyətli dərəcədə yüksəlməsidir. Xüsusilə tədris və elmi-tədqiqat fəaliyyəti üzrə reputasiya göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunub. Tədris üzrə reputasiya göstəricisində BDU-nun balı 2.4-dən 5.1-ə yüksələrək 112.5 faiz artıb. Elmi-tədqiqat üzrə reputasiya göstəricisi isə 137.5 faiz artımla 1.6-dan 3.8-ə yüksəlib.

Universitetin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər göstəricilərində də müsbət dinamika qeydə alınıb. Elmi-tədqiqat məhsuldarlığı 17.7-dən 26.2-yə yüksələrək 48 faiz, elmi-tədqiqat gücü 19.5-dən 27.5-ə yüksələrək 41 faiz artıb. Elmi-tədqiqat təsiri göstəricisi 22.6-dan 25.0-a, elmi-tədqiqat mükəmməlliyi 15.2-dən 16.5-ə, elmi-tədqiqat gəlirləri isə 30.2-dən 31.5-ə yüksəlib.

BDU-nun beynəlxalqlaşma və sənaye ilə əlaqələrini əks etdirən göstəricilər üzrə də artım müşahidə olunub. “Əcnəbi tələbələr” indikatorunda Universitetin balı 34.9-dan 39.8-ə yüksələrək 14 faiz, “sənaye gəlirləri” göstəricisində isə 35.5-dən 40.2-yə yüksələrək 13.2 faiz artıb.

“THE World University Rankings 2027” nəticələri BDU-nun həm tədris, həm elmi-tədqiqat, həm də beynəlmiləlləşmə və sənaye ilə əməkdaşlıq istiqamətlərində göstəricilərini yaxşılaşdırdığını nümayiş etdirir. Xüsusilə elmi-tədqiqat üzrə reputasiya və məhsuldarlıq, eləcə də tədris üzrə reputasiya göstəricilərindəki yüksək artım Universitetin beynəlxalq akademik mühitdə tanınmasının güclənməsi baxımından diqqətçəkən nəticələrdir.

“THE World University Rankings” dünyanın tədqiqat yönümlü ali təhsil müəssisələrinin fəaliyyətini müxtəlif istiqamətlər üzrə kompleks şəkildə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir. Reytinq universitetlərin fəaliyyətini yalnız akademik nəticələr əsasında deyil, həm də tədrisin keyfiyyəti, elmi-tədqiqat potensialı, beynəlmiləlləşmə və sənaye ilə əlaqələr kimi mühüm istiqamətləri əhatə edən çoxölçülü yanaşma əsasında qiymətləndirir. Bu çərçivədə universitetlərin fəaliyyəti tədris, elmi-tədqiqat mühiti, elmi-tədqiqat keyfiyyəti, beynəlxalq perspektiv və sənaye olmaqla beş əsas istiqamət üzrə təhlil olunur. Sözügedən istiqamətlər universitetlərin tədris və akademik mühitini, elmi-tədqiqat fəaliyyətinin miqyasını və reputasiyasını, tədqiqatların keyfiyyətini və elmi təsirini, beynəlxalq əməkdaşlıq və beynəlmiləlləşmə səviyyəsini, həmçinin sənaye ilə qarşılıqlı əlaqələri və elmi biliklərin praktiki tətbiqini əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri