BDU əməkdaşları KOBİAnın keçirdiyi 6cı qrant müsabiqəsinin qalibidirlər
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin mühəndisi Reyhan Mirsultanova, Fizika fakültəsinin Fiziki elektronika kafedrasının baş müəllimi Şirxan Hümbətov və Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs doktorantı Məhəmməd Bağır Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi 6-cı qrant müsabiqəsinin qalibi olublar.
SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, Reyhan Mirsultanovanın “Dayanıqlı kənd təsərrüfatı ekosistemi” (Irrigo), Şirxan Hümbətovun “Perovskit-maye kristal hibrid strukturlarla səmərəliliyi artırılmış günəş elementlərinin hazırlanması”, Məhəmməd Bağır Bağırovun “Effektiv enerji saxlama qabiliyyətinə malik GO/PANİ (qrafen oksid/polianilin) əsaslı supertutum batareyalarının hazırlanması” layihələri müsabiqədə qalib hesab edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Dekabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















