BDU ilə Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutu arasında müəllim və tələbə mübadiləsi məsələləri müzakirə olunub
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özbəkistan Respublikasının Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutunun rektoru Muhiddin Pulatovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan 525.az-a bildirilib ki, rektor Elçin Babayev universitetin son illər Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirdiyini deyib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Rektor iqtisadiyyat və coğrafi turizm sahələri üzrə birgə proqramlar həyata keçirmək, müxtəlif beynəlxalq layihələrdə birgə iştirak etmək imkanlarının olduğunu deyib.
Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutunun rektoru Muhiddin Pulatov da BDU ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Sentyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















