Icma.az
close
up
RU
Aqrar Tədqiqatlar Mərkəzi ilə Bolqarıstanın Aqrar İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Aqrar Tədqiqatlar Mərkəzi ilə Bolqarıstanın Aqrar İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqtisadiyyat İnstitutu (IAE) arasında görüş keçirilib. Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, Aqrar İqtisadiyyat İnstitutunun direktoru, professor Bojidar İvanov və İnstitutun əməkdaşı, professor Xrabrin Başev iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi haqda geniş məlumat verib, Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində rolundan danışıb. Bildirib ki, gündəlik, həftəlik və aylıq geniş analitik təhlil və hesabatlar hazırlamaqla yanaşı, ATM kənd təsərrüfatının inkişafı üçün milli strategiya və proqramların hazırlanmasında da fəal iştirak edir. Bundan əlavə, Mərkəz aqrar iqtisadiyyat sahəsində ixtisaslı kadrların yetişdirilməsi üçün doktorantura proqramına malikdir.

Direktor müavini qeyd edib ki, əməkdaşlıq, təcrübə mübadiləsi hər iki qurumun imkanlarını genişləndirəcək.

Professor Bojidar İvanov da rəhbərlik etdiyi elm ocağı barədə məlumat verərək bildirib ki, Aqrar İqtisadiyyat İnstitutu Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının struktur bölməsidir. Kənd təsərrüfatı sahəsində iqtisadi tədqiqatlar, təhlil və nəşriyyat işləri ilə məşğul olan İnstitutun fəaliyyət istiqamətləri kənd yerlərinin inkişafı, aqrar sahənin sosial və ekoloji aspektləri, qida zəncirləri və s. sahələrdə tədqiqatların aparılması, tədris-metodiki vəsaitlər və informasiya təminatı fəaliyyətləri ilə dövlətin aqrar siyasətini dəstəkləməkdir.

Dünyanın müxtəlif akademik qurumları ilə, əsasən də Avropa İttifaqı təşkilatları ilə əlaqələri inkişaf etdirdiklərini vurğulayan direktor Aqrar Tədqiqatlar Mərkəzi elmi əməkdaşlığın qurulmasını alqışladıqlarını və qiymətləndirdiklərini deyib.

Daha sonra görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, akademik heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və digər məsələlərlə bağlı fikirlər bölüşülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri