Icma.az
close
up
RU
BDU nun Elmi Kitabxanası oxucular üçün “EBSCO da süni intellekt” sistemindən istifadə imkanı yaradıb

BDU nun Elmi Kitabxanası oxucular üçün “EBSCO da süni intellekt” sistemindən istifadə imkanı yaradıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “EBSCOHost” şirkətinin uzunmüddətli və önəmli tərəfdaşıdır. Buna görə də şirkət universitetin tədqiqatçıları və oxucularına “EBSCO-da süni intellekt” (“EBSCO AI Insights”) sistemindən istifadə imkanı yaradıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu sistem BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv olan, ölkənin EBSCO məlumat bazası və “EBSCO Discovery Service”dən istifadə hüququ qazanan 15 ali təhsil müəssisəsinin tədqiqatçı və istifadəçiləri üçün də əlçatan və təkmilləşdirilmiş sistemdir.

EBSCO süni intellekt imkanlarını kitabxanalara transformasiya edərək, tədqiqat prosesini dəyişdirməyi və məqalələri nəzərdən keçirməyə sərf olunan vaxtı azaltmağı nəzərdə tutur. İstifadəçilər sistemin süni intellektə əsaslanan xüsusiyyəti və müəllif hüququ ilə süni intellektin qarşılıqlı əlaqəsi haqqında ətraflı məlumat əldə etməklə yanaşı, təqdim edilən videoçarxla tanış ola bilərlər.

Süni intellekt sistemindən istifadə etmək üçün BDU-nun Elmi Kitabxanasının rəsmi internet səhifəsindən http://elibrary.bsu.edu.az/ linki vasitəsilə “Tammətnli məlumat bazaları” bölməsindən “EBSCO AI Insights” sətrini sıxaraq daxil olmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:665
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri