Icma.az
close
up
RU
Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında elmi seminar

Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında elmi seminar

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Milli Universitetinin tələbəsi, mübadilə proqramı çərçivəsində BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində təhsil alan Gauhar Orazgaliyeva məruzə ilə çıxış edib.

Məruzəçi eyni soya malik olan xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ardıcıl səyləri ilə münasibətlərimizin ən yüksək səviyyəyə çatdırıldığını vurğulayıb. BDU ilə Qazaxıstanın ali təhsil müəssisələrinin əməkdaşlığından bəhs edən gənc tədqiqatçı bildirib ki, BDU-nun ikili diplom proqramlarından 4-ü məhz Qazaxıstanın ali məktəbləri ilə həyata keçirilir. Təmsil etdiyi Lev Qumilyov adına Avrasiya Milli Universiteti ilə BDU-nun ardıcıl inkişaf edən əlaqələri haqqında məlumat verən Gauhar Orazgaliyeva ölkəmizdə təhsilini davam etdirməsindən məmnunluğunu ifadə edib.

Məruzədə Qazaxıstan Milli Kitabxanasının yaranma tarixi və inkişaf mərhələləri, kitabxananın ənənəvi və rəqəmsal informasiya resursları, müasir kitabxana-informasiya xidmətləri, beynəlxalq informasiya mübadiləsində iştirakı barədə ətraflı məlumat verilib. Qurumun mədəni irsin qorunması, elmi informasiya resurslarının təşkili və qlobal informasiya məkanına inteqrasiya sahəsindəki fəaliyyəti diqqətə çatdırılıb.

Araşdırmada müasir kitabxanaların informasiya cəmiyyətindəki rolu, o cümlədən, milli informasiya resurslarının beynəlxalq səviyyədə təqdim olunması, rəqəmsal texnologiyaların kitabxana fəaliyyətinə təsiri kimi mühüm istiqamətlər şərh edilib. Bu kontekstdə Azərbaycan-Qazaxıstan kitabxana-informasiya əlaqələrinin inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub, bir sıra müqayisəli təhlillər aparılıb. Qazaxıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasındakı əlaqələrdən danışan gənc tədqiqatçı ölkələrimizin kitabxana-informasiya sistemlərinin müqayisəli tədqiqinin, bu istiqamətdə tələbələr arasında elmi ünsiyyətin genişləndirilməsinin, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri