Icma.az
close
up
RU
BDU nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

BDU nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılarının elmi məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə iki nüfuzlu elmi bazadan – “Ongoing Research Index” və “JoVE” platformalarından sınaq müddətində ödənişsiz istifadə imkanı əldə edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “JoVE” platforması elmi məqalələri video formatında təqdim edən və 30.000-dən çox eksperimental və tədris xarakterli videonu özündə birləşdirən beynəlxalq elmi resursdur. Platforma həm tədqiqatçılar üçün resenzentli eksperimental metod videoları, həm də müəllim və tələbələr üçün tədris materialları təqdim edir. “JoVE” məzmunu “PubMed”, “Scopus” və “Web of Science” kimi aparıcı elmi bazalar tərəfindən indekslənir. Onun əsas üstünlüyü laboratoriya proseslərini vizual şəkildə göstərərək eksperimentlərin daha dəqiq və təkrarlana bilən şəkildə aparılmasını təmin etməsidir. Platformaya 2026-cı il yanvarın 15-dək linki vasitəsilə daxil olaraq məlumat bazasından istifadə etmək mümkündür.

“Ongoing Research Index” məlumat bazası isə universitetlərin akademik heyətinin tədqiqat fəaliyyətinə kömək məqsədilə 160 000-dən çox cari dissertasiyaları və illik maliyyəsi 30 milyard ABŞ dollar həcmində təxminən 380 000-dən çox əlaqə məlumatları olan tədqiqat layihələri ilə əməkdaşlıqlar etmək imkanı yaradır. Platforma tədqiqatçılara və akademik ictimaiyyətə cari vaxtda davam edən tədqiqatları izləmək, trendləri müəyyənləşdirmək, əməkdaşlıq və ortaq maliyyələşmə imkanları yaratmaq imkanı verir. Bu isə universitetlər üçün strateji qərarların hazırlanması, tədqiqat göstəricilərinin yenilənməsi və reytinqin yüksəldilməsi baxımından əvəzsiz resursdur. Platformaya çıxış dekabrın 18-dək linki vasitəsilə mümkündür.

Hər iki beynəlxalq bazanın elektron resurslarından yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (AzKİK) üzv olan respublikanın 14 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri