Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

Ömərxəyyam Cəfərli: Məqsədim Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir

Ömərxəyyam Cəfərli: Məqsədim Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 aprel, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanın gənc istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Bakıdakı 201 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ömərxəyyam Cəfərlidir. Hələ erkən uşaqlıq illərində diqqəti özünə cəlb edən Ömərxəyyam məntiq sahəsində qeyri-adi qabiliyyətlərini nümayiş etdirib. Müxtəlif olimpiadalarda, o cümlədən “Kenquru” yarışlarında və beynəlxalq turnirlərdə iştirak onun bu sahəyə marağını daha da artırırdı.

Həmsöhbətimizin sözlərinə görə, o, 13 yaşından müxtəlif mövzularda tədbirlərdə iştirak etməyə başlayıb və o vaxtdan özünü təkmilləşdirmək üçün bütün imkanlardan fəal şəkildə istifadə edir. Bundan əlavə, bu illər ərzində müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüşməyə nail olub, dəfələrlə təşəbbüs göstərib və müxtəlif layihələrdə iştirakını təklif edib: “Mənim üçün bu tədbirlər həm özünü reallaşdırmaq, həm də müxtəlif sahələrdə praktiki bacarıqlara yiyələnmək baxımından dəyərli təcrübəyə çevrilib. Hazırda məktəbimizdə fəaliyyət göstərən “Gənc diplomatlar” komandasının sədriyəm. Şagirdlərlə birlikdə müxtəlif ideyalar irəli sürür və onların həyata keçirilməsi üzərində işləyirik. Bu, mənə liderlik bacarıqlarını inkişaf etdirmək, tələbələr arasında əməkdaşlığı təşviq etmək və cəmiyyətə fayda vermək imkanı yaradır”.

O, həmçinin qeyd edib ki, məktəbdə Kiçik Akademiyanın sədri kimi şagirdlərə fənlər üzrə elmi-tədqiqat işlərinin hazırlanmasında və təqdim olunmasında köməklik edir: “Mənim üçün bu, sadəcə bir vəzifə deyil, liderlik və təşkilatçılıq bacarıqlarımı inkişaf etdirmək üçün unikal imkandır. Üzərimə daha çox məsuliyyət götürərək, bu fürsətdən maksimum yararlanmağa çalışıram”.

Bundan əlavə, Ömərxəyyam “MeetNextGen” adlı yeni komanda yaradıb. Onun tərkibində ölkənin müxtəlif bölgələrindən olan gənclər yeni ideyalar və layihələr üzərində birgə fəaliyyət göstərmək üçün bir araya gəlirlər: O qeyd edir: “Məqsədimiz ölkənin gələcəyi üçün faydalı olmaq, gənclərin səsini çatdırmaq və cəmiyyətin inkişafına töhfə verməkdir”.

Ömərxəyyamın sözlərinə görə, “MeetNextGen” komandasının yaradılması ideyası məktəb təşəbbüsləri çərçivəsindən kənara çıxmaq və ölkənin hər yerindən olan fəal gəncləri birləşdirmək istəyindən yaranıb: “Əvvəlcə gənc diplomatlar komandası yalnız məktəbdaxili layihə idi. Lakin mənə elə gəldi ki, bu, kifayət deyil. Düşündüm ki, niyə regionlardan gəncləri bu işə cəlb etməyək? “MeetNextGen” komandası da belə yarandı. İndi burada Azərbaycanın müxtəlif bölgələrindən olan gənc oğlan və qızlar birləşiblər. Biz yeni ideyalar üzərində işləyirik, gənclər arasında ictimai fəallığı inkişaf etdiririk və onları ictimai təşəbbüslərə cəlb edirik. Bu yaxınlarda yeni sədr seçdik, indi mən sədr müavini kimi fəaliyyət göstərirəm, komandanın inkişafına dəstək verməyə davam edirəm”.

Şagirdin sözlərinə görə, onun müxtəlif layihələrdə iştiraka marağı ibtidai sinifdən yaranıb. O, xatırlayır ki, bir gün Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Xəlilova ondan bir şagirdin layihəsini kompüterə yükləməyi xahiş edib. Sadə görünən bu epizod dönüş nöqtəsi oldu: “Həmin vaxt məndə maraq yarandı: bu nə cür layihədir, necə həyata keçirilib? Onun yolunu öyrənməyə başladım və başa düşdüm ki, mən də bu yolda özümü sınamaq istəyirəm. Ətrafımda olan məqsədyönlü, daim öz üzərində işləyən insanlar mənə ilham verirdi. Mən də belə olmaq istədim. Cəmi 16 yaşım olsa da, könüllülük təşəbbüslərində iştirak etmək, faydalı olmaq üçün hər fürsətdən yararlanmağa çalışıram”.

Bir neçə məsul vəzifənin birləşdirilməsindən danışan Ömərxəyyam vurğulayır ki, eyni zamanda, məktəbdə həm “Gənc diplomatlar” komandasının, həm də Kiçik Akademiyanın sədri olmaq nizam-intizam və fədakarlıq tələb edən böyük işdir. O əlavə edir: “Təhsili, hazırlıq kurslarını və bu cür irimiqyaslı layihələrdə iştirakı birləşdirmək həqiqətən çətindir. Lakin zaman keçdikcə aydın bir ritm qurmağı bacardım. Komandada işləmək mənə böyük zövq verir. Mən mühüm ünsiyyət bacarıqları əldə etdim, effektiv əlaqələr qurmağı və insanları daha yaxşı başa düşməyi öyrəndim. Bu, mənə təkcə təhsil mühitində deyil, həm də şəxsi inkişafımda kömək etdi”.

Şagirdin fikrincə, əsl lider hər kəsdə dəyər görməyi bacaran, hörmətə əsaslanan münasibətlər qurmağı və bərabərlik mühiti yaratmağı bilən şəxsdir.

Onun inkişafında yüksəkvəzifəli şəxslərlə görüşlər xüsusi yer tutur. Yaşının az olmasına baxmayaraq, Ömərxəyyam özü təşəbbüs göstərir və görüşlə bağlı müraciət edir, ideyalarını təqdim etməyə və müvafiq layihələrdə iştirak etmək istəyini bildirməyə çalışır: “Bəziləri razılaşır və məni öz işlərinə cəlb edir. Digərləri isə alternativ yollar təklif edir və gələcək inkişafla bağlı məsləhətlər verir. Könüllülük layihələrində iştirak etmək mənə xüsusilə maraqlıdır. Məsələn, mən bu yaxınlarda Azərbaycanın ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. İnsan hüquqları mövzusuna marağımdan danışdım və bir neçə sual verdim. Səbinə xanım mənə aktual mövzuda məqalə yazmağı məsləhət gördü. Hazırda bu mətn üzərində işləyirəm. O, insan hüquqlarına həsr olunacaq”.

Ömərxəyyamın beynəlxalq münasibətlərə marağı uşaqlıqdan yaranıb. O, xəbərləri maraqla izləyib, dövlət xadimlərinin fəaliyyətini müşahidə edib və gələcəyini məhz diplomatiya ilə bağlamaq istədiyini tədricən dərk etməyə başlayıb: “Mənim bu sahədən həmişə xoşum gəlib. Ölkəmi təmsil etmək, beynəlxalq danışıqlarda iştirak etmək və Vətənimin maraqlarını qlobal müstəvidə müdafiə etmək ideyası məni cəlb edib”.

Məktəbli onun daim fəal olmasının səbəbi ilə bağlı suala əminliklə cavab verir: “Ətrafımda olan insanlar məni ruhlandırır. Hara gedirəmsə, hansı layihədə iştirak edirəmsə, həmişə dəstək hiss edirəm. Bu yolda mənə dəstək olan ailəmə dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar həmişə mənim yanımda olublar və əsas köməkçilərimə, ilham mənbəyimə çevriliblər. Məktəbimə və müəllimlərimə də minnətdaram. Nailiyyətlərimdə onların əməyi çox böyükdür. Onlar mənə təkcə akademik biliklər verməyib, həm də həyatda uğur qazanmaq üçün çalışmağı öyrədiblər”.

Gələcəyini planlaşdıran Ömərxəyyam artıq növbəti beş il üçün üç prioritet müəyyənləşdirib: keyfiyyətli təhsil almaq, peşəkar inkişaf üçün təcrübə keçmək və seçdiyi sahədə yeni zirvələrə çatmaq. O inanır ki, əzm və işinə sədaqət onu mütləq uğura aparacaq. Gələcəkdə beynəlxalq münasibətlər ixtisası üzrə xaricdə təhsil almağı və diplomat olmağı planlaşdırır. O, bu məqsədlə siyasi prosesləri yaxından izləyir və qlobal problemlərə dair biliklərini fəal şəkildə genişləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see311

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see182

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see138

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see137

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see128

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see127

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see126

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see125

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see124

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see122

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see122

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see122

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see121

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri