BDU nun Jurnalistika fakültəsində Əməkdar jurnalist ilə görüş olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Əməkdar jurnalist, “ASAN Radio”nun direktoru Emin Musəvi ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev tələbələr üçün keçirilən belə görüşlərin jurnalistikanın nəzəri biliklərinin praktik mənada gücləndirilməsi üçün faydalı olduğunu və yeni təcrübə imkanları yaratdığını bildirib. O, ölkə mediasında tanınmış və peşəkar jurnalistlərdən olan Emin Musəvi haqqında tələbələrə məlumat verib.
Emin Musəvi radiojurnalistikanın dinamikası, operativliyi və auditoriyaya təsir gücündən bəhs edib, bu sahədə çalışan jurnalistlərin yüksək diqqət və sosial məsuliyyət daşıdığını vurğulayıb, tələbələrə öz tövsiyələrini verib. Bu peşədə uğur qazanmağın əsas şərtlərindən biri kimi daim yenilikləri izləməyin, nitq qabiliyyətini inkişaf etdirməyin və praktiki təcrübəyə önəm verməyin vacib olduğunu bilidirib.
Qonaq tələbələri “ASAN Radio” və “ASAN TV” də təcrübə keçməyə dəvət edib, onların suallarını cavablandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















