Icma.az
close
up
RU
BDU jurnalistika fakültəsində ədəbi redaktədən ustad dərsi

BDU jurnalistika fakültəsində ədəbi redaktədən ustad dərsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tələbələrinin peşə vərdişlərinin inkişaf etdirilməsi üçün ayrı-ayrı fənlər üzrə seminar məşğələlərə tez-tez ölkə mediasının tanınmış və təcrübəli nümayəndələri dəvət edilir. Belə ustad dərsi aparmaq üçün III kurs tələbələrinin növbəti qonağı “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu oldu.  

Məşgələdə jurnalist əvvəlcə çağdaş mediamızda ədəbi redaktənin önəmi və durumu barədə ümumi bilgi verdi. Sonra o, 40 ilə yaxın müddətdə çalışdığı qəzetdə materiallarların dəyərləndirilməsi, işlənməsi və çapa hazırlanması ənənəsi və təcrübəsindən geniş söhbət açdı.

Tahir Aydınoğlu “Xalq qəzeti”nin son 1 həftəlik saylarında aparılmış redaktə nümunələrini auditoriyaya təqdim etdi. Jurnalist tələbələrin həmin materiallar üzrə apardıqları dil-üslub monitorinqi ilə də tanış oldu, onların suallarını cavablandırdı.

Görüşün təşkilatçısı olan yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva məşğələdən sonra mediaya açıqlamasında bildirdi:

– Uzun illərdən bəri bir çox məzunumuzun çalışdığı, indiki tələbələrimizə də gələcək əməkdaşları kimi baxan “Xalq qəzeti” redaksiyası ötən il fakültəmizdə mühazirə və debat audioriyası yaradıb. Burada davamlı görüşlər və məçğələlər keçirmək nəzərdə tutulur. Tələbələrimiz çoxillik təcrübəyə uyğun olaraq, hər il redaksiyada müxtəlif yönlü təcrübə kursları keçirlər. Fükültə ilə qəzet arasında belə sıx əlaqə çərçivəsində redaksiyanın təcrübəli əməkdaşlarını vaxtaşırı müxtəlif fənlər üzrə seminar məşğələləri aparmağa dəvət edirik.

Mənim tədris etdiyim ədəbi redaktənin nəzəriyyə və təcrübəsi fənnindən ustad dərsi aparmaq üçün bu dəfə 1982-ci il məzunumuz, “Xalq qəzeti” baş redaktorunun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlunu görüşə dəvət etdik. Onun apardığı canlı media məşğələsi böyük maraqla qarşılandı. Ölkəmizin və qəzetin təcrübəli əməkdaşları ilə belə görüşləri bundan sonra da davam etdirəcəyik.

Namiq QƏDİMOĞLU

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri