BDU nun Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində ehtiyatda olan baş leytenant, jurnalist, Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı professor Vüqar Əliyev bildirib ki, Pərviz Aslanov 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından biri olub, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonra çıxış edən Pərviz Aslanov jurnalistika sahəsindəki fəaliyyətindən, hərbi jurnalistikaya marağından və İctimai Televiziyada “Salam, əsgər” verilişinin aparıcısı olduğu dövrdəki təcrübəsindən söz açıb. O, gənclərdə yüksək vətənpərvərlik ruhunun qələbənin əsas səbəblərindən biri olduğunu vurğulayıb.
Pərviz Aslanov, həmçinin 44 günlük Vətən müharibəsində iştirakı, xüsusilə Şuşa döyüşlərində əldə olunan uğurlar, eləcə də müharibə dövründə medianın rolu və informasiya cəbhəsində qazanılan nailiyyətlər haqqında tələbələri məlumatlandırıb.
Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 02 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















