BDU nun Psixoloji yardım sektoru I kurs tələbələri ilə görüş keçirib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru (PYS) I kurs tələbələri ilə görüş təşkil edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbələrin psixoloji rifahını gücləndirmək və onların fərdi inkişafına dəstək vermək məqsədilə keçirilən tədbirdə bütün fakültələr üzrə yeni qəbul olunmuş tələbələr iştirak ediblər.
Görüş zamanı PYS-in fəaliyyəti, göstərilən xidmətlər, həyata keçirilən təlim və layihələr barədə ətraflı məlumat verilib. Tələbələrə bu xidmətlərdən necə yararlana biləcəkləri və müxtəlif layihələrdə iştirak imkanları izah olunub.
Qeyd olunub ki, sektorun əsas məqsədi tələbələrə psixoloji dəstək göstərmək, məxfi və etibarlı mühit təmin etmək, eləcə də onların akademik və şəxsi həyatlarında üzləşdikləri çətinliklərin öhdəsindən gəlmələrinə kömək etməkdir. Həmçinin vurğulanıb ki, ehtiyac yarandığı halda tələbələr fərdi konsultasiya üçün də PYS-ə müraciət edə bilərlər.
Sonda tələbələrə sektorun fəaliyyəti ilə bağlı flayerlər paylanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















