Icma.az
close
up
RU
BDU nun tələbələri təltif olunublar

BDU nun tələbələri təltif olunublar

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri və tədris göstəricilərinə görə fərqlənən tələbələrlə görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Əliş Ağamirzəyev 2025-ci ilin BDU-nun həyatında əlamətdar hadisələrlə yadda qaldığını və universitetdəki tələbə təşkilatlarının daha aktiv fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, 2020-ci ildə ali məktəblər arasında ilk dəfə BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. Şöbənin əsas fəaliyyəti dövlət gənclər siyasətinin icrası, gənclər təşkilatlarının sistemli idarəsi və davamlı inkişafına əsaslanıb. Hazırda BDU-da Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatı minlərlə tələbənin inkişafı istiqamətində uğurlu layihələr icra edir. BDU tələbələri ölkə miqyaslı tədbirlərdə də böyük fəallıq nümayiş etdirirlər.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” olduğunu deyən prorektor Əliş Ağamirzəyev tələbələri bu istiqamətdə fəal olmağa çağırıb. O, fərdi təşəbbüs və layihələrin onların özünüifadə və innovativ düşüncə qabiliyyətlərinin inkişafına təkan verəcəyini qeyd edib: “Şəhərsalmada urbanizasiyanın rolu və süni intellektin müasir şəhərlərdə tətbiqi bu gün aktualdır. Gənclərin belə təşəbbüslər ilə çıxış etməsinə biz hər zaman dəstək olmağa hazırıq. Ümummilli Lider Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi BDU-nun tələbələri hər zaman savadlı, vətənpərvər olmalıdır. Biz buna əminik”.

Daha sonra universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri və tədris göstəricilərinə görə fərqlənən tələbələr təltif ediliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see222

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see194

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri