BDU nun Psixoloji yardım sektorunun layihəsi çərçivəsində “Böyük Getsbi” filmi təhlil edilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 5 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun (PYS) “Kinoklub” layihəsi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin tələbələri ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Frensis Skott Fisceraldın 1925-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilən “Böyük Getsbi” filminin psixoloji təhlili aparılıb.
Sektorun psixoloqu Natəvan Həsənzadə psixoloji film təhlilinin şəxsi inkişaf və emosional baxımdan əhəmiyyətini vurğulayıb. O bildirib ki, layihənin məqsədi filmlər üzərindən insanların psixoloji aspektlərini, xarakterlərini və psixoloji vəziyyətlərini dərindən araşdırmaqdır. Film təhlili personajların davranışlarını, motivasiyalarını, duyğusal reaksiyalarını və psixoloji inkişaflarını daha yaxşı anlamağa kömək edir. Bu növ təhlil tələbələrdə dərin təhlil və analiz bacarıqlarını inkişaf etdirir.
Tələbələr filmin qəhrəmanlarının davranışlarını, emosional reaksiyaları, yaşadıqları daxili təlatümləri, konfliktləri təhlil edib, əsərin kino həlli ilə bağlı fikirlərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















