Icma.az
close
up
RU
“BDU nun Şərqşünaslıq jurnalı” təqdimatı

“BDU nun Şərqşünaslıq jurnalı” təqdimatı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “BDU-nun Şərqşünaslıq jurnalı”nın təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən jurnalın təsisçisi və baş redaktoru – BDU-nun Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov nəşrin yaranma zərurəti, tarixi və elmi əhəmiyyəti barədə ətraflı məlumat verib. Alim qeyd edib ki, Azərbaycanda şərqşünaslığa həsr olunmuş ilk elmi jurnal 1926-cı ildə “Azərbaycan Dövlət Darülfünunu Şərq Fakültəsi Əxbarı” adı ilə nəşrə başlayıb və həmin dövrdə cəmi 4 nömrəsi işıq üzü görüb. 1970-ci illərdə “Şərqşünaslıq” adı ilə fəaliyyətini davam etdirən jurnal uzunmüddətli fasilədən sonra – 2021-ci ildə yenidən bərpa olunub. Bərpa edilən nəşrin ilk nömrəsi dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr edilib. Jurnal BDU-da Şərq xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin araşdırılmasında, eləcə də elmi tədqiqatların nəticələrinin geniş oxucu kütləsinə çatdırılmasında mühüm mənbə rolunu oynayır.

Təqdimat mərasimində çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan fakültənin yaranma tarixi, inkişaf mərhələləri, əsas fəaliyyət istiqamətləri, Şərq dillərinin tədrisi, Şərq xalqlarının tarixinin öyrənilməsinə verdiyi töhfələr haqqında məlumat verib, fakültənin inkişafında görkəmli alimlərin rolunu vurğulayıb.

Mərasimdə Şərqşünaslıq fakültəsinin məzunu, diplomat Qaley Allahverdiyev çıxış edərək tələbəlik illərini yada salıb, fakültənin məzunlarının müstəqil Azərbaycan Respublikasının xarici siyasətində aparıcı kadrlar olduğunu qeyd edib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri