BDU da Qazaxıstanın Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüş olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru Duken Məsimxanulının rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin qonağı olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan BDU-nun tarixi, Şərqşünaslıq fakültəsinin yaranması, fəaliyyəti haqqında məlumat verib. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq, ortaq elmi-tədqiqat layihələrinin icrası, konfrans, elmi seminarların keçirilməsi, müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.
Qonaqlar Şərqşünaslıq fakültəsinin Türk və ərəb filologiyası, Orta şərq dilləri və ədəbiyyatı, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedralarının fəaliyyəti ilə də tanış olub, tələbələrlə görüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















