S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının şagirdləri BDU nun Şərqşünaslıq fakültəsində
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının rəhbərliyi və şagirdləri Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar. Əvvəlcə fakültədə gimnaziyanın rəhbərliyi ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri, məktəbdə və Şərqşünaslıq fakültəsində tədris olunan dillər nəzərə alınmaqla tədbirlərin təşkili, tədris vəsaitlərinin hazırlanması və digər mühüm məsələlər müzakirə edilib.
Görüşdən sonra fakültədə Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş “Mövlana işığında” adlı tədbir keçirilib. Fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığı haqqında təqdimat ediblər. Tədbirdə Mövlananın divanından, gimnaziya şagirdlərinin ifasında Nizami Gəncəvinin “Xəmsə”sindən şeirlər təqdim edilib.
Gimnaziyanın müəllim və şagird heyəti fars dili dərsində də iştirak edib, Şərqşünaslıq fakültəsinin kafedraları, kitabxanası ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















