BDU Qazax filialında Zəfər Gününün 5 ci ildönümü qeyd olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazax, 4 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Filialın nəzdində fəaliyyət göstərən “Kitab rəfi” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə klubun üzvləri, müəllim və tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, qürur duyduğunu bildirib.
Filialın mətbuat xidmətinin rəhbəri, şair-publisist Elçin İsmayıl tədbirdə çıxış edərək Zəfər Gününün 5-ci ildönümü ərəfəsində çapdan çıxmış, Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Şanlı Vətən oğulları” kitabı haqqında danışıb.
İctimai və təbiət fənləri kafedrasının müəllimi Tahirə Rəhimova Vətən uğrunda canlarından keçmiş oğullarımızın adlarının əbədiləşdiyi kitabın gələcək nəsillərə əsl örnək olduğunu bildirib.
Tədbirdə şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, şəhidin həyat yoldaşı Abuhəyat Məmmədova xatirələrini bölüşüblər.
Sonra klubun üzvləri olan tələbələrdən Tərlan Aslanlı, Səma Quluzadə, Südabə Qarasaqqalova, Məhəmməd Qaravəliyev, Sevinc Ələkbərova Vətənə, Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















