Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olunub

Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 6 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü ərəfəsində Böyük Britaniyanın Esseks Universitetində tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin müşaviri Ramil Tağıyev, Esseks Universitetinin doktorantı, BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü seçilmiş Fərid Adilov, universitetin Azərbaycan Cəmiyyətinin sədri Əli Xəlilov, azərbaycanlı tələbələr, eləcə də xarici qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, eləcə də ölkəmizin müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Ramil Tağıyev çıxışında 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının milli birliyinin, əzminin və qətiyyətinin rəmzinə çevrilib. Tarixi Zəfərin əldə olunmasında Azərbaycan Prezidentinin rəhbərliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və xalqımızın həmrəyliyi xüsusi qeyd edilib.

Xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəmizin beynəlxalq aləmdə tanıdılması və Azərbaycan–Böyük Britaniya münasibətlərinin inkişafındakı roluna toxunan diplomat tələbələrin Azərbaycanın qeyri-rəsmi təmsilçiləri olduğunu bildirib. O, gəncləri təhsil aldıqları ölkədə Azərbaycanın tarixinin, mədəniyyətinin və müasir inkişafının təbliğində fəal iştirak etməyə, əldə etdikləri bilik və təcrübəni gələcəkdə ölkəmizin inkişafına yönəltməyə çağırıb.

Fərid Adilovun çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutduğu, tarixi Qələbənin ölkəmizin gələcək inkişafı baxımından yeni imkanlar yaratdığı vurğulanıb. F.Adilov, həmçinin Azərbaycanın beynəlxalq müstəvidə təmsil olunmasının, xüsusilə insan hüquqları, təhsil və elm sahələrində fəal iştirakının əhəmiyyətinə diqqət çəkib. Xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik və peşəkar mühitdə ölkəmizin tanıdılmasına töhfə verməsinin, milli kimliyə və tarixi irsə bağlılığını qorumaqla yanaşı, müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini qeyd edib.

Əli Xəlilov isə çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd edərək, tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçiliyini qorumaq əzminin təcəssümü olduğunu vurğulayıb. O, həmçinin xaricdə təhsil alan hər bir azərbaycanlı gəncin ölkəmizi layiqincə təmsil etmək, Azərbaycanın tarixini və həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mənəvi məsuliyyət daşıdığını bildirib.

Tədbir çərçivəsində azərbaycanlı tələbələr və xarici qonaqlarla fikir mübadiləsi aparılıb, Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişafı, eləcə də Azərbaycan–Böyük Britaniya əlaqələrinin perspektivləri ətrafında müzakirələr keçirilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri